SİYASƏT


Deputat: Şuşa şəhəri beynəlxalq mərkəz kimi dünya mədəniyyətinin əməkdaşlıq və dialoq məkanına çevrilib

Bakı, 12 yanvar, AZƏRTAC

Cari ilin “Şuşa İli” elan olunması ölkəmiz üçün böyük əhəmiyyət kəsb edir. İnanıram ki, məhz buna görə bütün dünyanın diqqəti yenidən işğaldan azad edilmiş ərazilərdə görülən işlərə yönələcək.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Asim Mollazadə deyib.

Deputat bildirib ki, 2022-ci ilin “Şuşa İli” elan edilməsi 2 əsas amil ilə izah oluna bilər. Birincisi, bu, Böyük Qayıdış layihəsini sürətləndirəcək. Bu da əhalinin öz dədə-baba yurdlarına geri dönmələrini daha da intensivləşdirəcəkdir. Bununla yanaşı, ölkəmizin mədəniyyət paytaxtının rolu tezliklə dünyaya tanıdılacaq. Şuşaya gələn müxtəlif ölkələrin nümayəndələri bu gözəl şəhərlə tanış olaraq Qarabağın nə üçün Azərbaycanın bir hissəsi olduğunu daha yaxşı anlayacaqlar.

“Böyük Qayıdış ilə bağlı işlər bu ildən Şuşada və digər işğaldan azad edilən bölgələrdə daha da sürətləndiriləcək. Həmçinin dünyanın aparıcı ölkələri təmir, tikinti, quruculuq işlərinə daha yaxında cəlb edilərək geniş fəaliyyət göstərəcək. Fikrimcə Şuşa şəhəri, eyni zamanda, bir sıra böyük beynəlxalq mədəni tədbirlərə də ev sahibliyi edəcək. Bu tədbirlər Azərbaycanın öz zəngin mədəniyyətini dünyanın bütün ölkələrinə nümayiş etdirməsi üçün gözəl şansdır. Həmçinin müxtəlif ölkələrdən gələn mədəniyyət xadimləri Şuşada keçirilən tədbirlərdə iştirak edəcək. Onlar bütün dünyaya göstərəcəklər ki, Azərbaycan zəngin mədəni abidələrə və ənənələrə sahibdir. Eyni zamanda, ölkəmizin baş tacı Şuşa şəhəri beynəlxalq mərkəzə çevrilərək dünya mədəniyyətlərinin əməkdaşlıq və dialoq məkanına çevrilib”, - deyə deputat bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.