Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Deputat: Tarixi Zəfərimiz Ulu Öndərin müəyyənləşdirdiyi milli dövlətçilik strategiyasının ən böyük təntənəsidir

Deputat: Tarixi Zəfərimiz Ulu Öndərin müəyyənləşdirdiyi milli dövlətçilik strategiyasının ən böyük təntənəsidir

Bakı, 7 may, AZƏRTAC

Görkəmli dövlət xadimi, dünyaşöhrətli siyasətçi, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin həyat və fəaliyyəti Azərbaycanın müasir tarixinin ən mühüm mərhələsini təşkil edir. Çünki vaxtilə Sovet İttifaqının tərkibində olan Azərbaycan Ümummilli Liderin uzaqgörənliyi, siyasi müdrikliyi və qətiyyəti sayəsində inkişaf edib. 1993-cü ildə isə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Heydər Əliyev müstəqilliyimizi təhlükədən xilas edərək, müasir Azərbaycan dövlətinin banisinə çevrilib. Bu gün dövlətimizin Prezident İlham Əliyevin rəhbərliyi ilə qazandığı uğurların təməlində Ulu Öndərin əbədiyaşar ideyaları dayanır.

Ulu Öndərin müstəqil Azərbaycan dövlətinin qorunub saxlanması, milli dövlət quruculuğu, ölkəmizin inkişafı yolunda gördüyü böyük işlər, misilsiz xidmətləri xalqımız tərəfindən yüksək qiymətləndirilir. Ulu Öndərin vaxtilə söylədiyi "Heç kəsin şübhəsi olmasın ki, ömrümün bundan sonrakı hissəsini harada olursa-olsun, yalnız və yalnız Azərbaycan Respublikasının müstəqil dövlət kimi inkişaf etməsinə həsr edəcəyəm" kəlamı bu gün də xalqımız tərəfindən qürurla xatırlanır.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Aqil Məmmədov bildirib.

A.Məmmədov qeyd edib ki, məhz Heydər Əliyevin uğurlu rəhbərliyi nəticəsində sovet hakimiyyəti illərində öz daxili imkanlarına yaşamağa qadir olan respublikalardan biri Azərbaycan idi. Bütövlükdə istər Azərbaycanın, istərsə də İttifaqın mərkəzi partiya və dövlət hakimiyyəti orqanlarının rəhbərliyində olarkən Heydər Əliyevin qayğısı nəticəsində ölkəmiz sosial-iqtisadi baxımdan yüksək səviyyədə inkişaf etmiş, ən qabaqcıl respublikalardan birinə çevrilmişdi.

“Heydər Əliyev sovet dövründə istər ölkəmizə rəhbərlik edərkən, istərsə də Moskvada çalışarkən Qarabağın inkişafına çox böyük diqqət və qayğı göstərib. Xüsusilə həmin dövrdə Şuşa şəhərində genişmiqyaslı quruculuq işlərinin aparılması və şəhərin inkişafı Heydər Əliyevin adı ilə bağlıdır. Məhz Heydər Əliyevin tarixi xidmətləri ilə Şuşa şəhəri ümumittifaq səviyyəli kurort şəhərinə çevrildi. 1977-ci ilin avqust ayında Ulu Öndərin təşəbbüsü ilə Azərbaycan SSR Nazirlər Soveti "Şuşa şəhərinin tarixi hissəsini tarix-memarlıq qoruğu elan etmək haqqında” qərar qəbul etdi. Görkəmli Azərbaycan şairi Molla Pənah Vaqifin məqbərəsinin inşa edilməsi Ulu Öndərin Qarabağ bölgəsinə diqqət və qayğısının bariz nümunəsidir. Ulu Öndər özü də məqbərənin açılışında iştirak etmişdi. 1977-ci ilin iyulundan avqustadək Şuşada olan Ümummilli Lider, həmçinin Xurşidbanu Natəvanın abidəsinin açılışını da etdi. Üzeyir Hacıbəyovun və Bülbülün ev-muzeylərinin yaradılması da Heydər Əliyevin Şuşanın mədəni irsinin yaşadılmasına və təbliğinə göstərdiyi diqqətin təzahürüdür.

Zəfərimizdən sonra əsarətdən azad edilən Şuşada və Qarabağın digər bölgələrində Ulu Öndərin əsasını qoyduğu abadlıq və quruculuq işləri uğurla davam etdirilir və Azərbaycan dövləti bütün bunları öz gücü hesabına edir”, - deyə A.Məmmədov vurğulayıb.

Deputat diqqətə çatdırıb ki, Heydər Əliyevin rəhbərliyi dövründə erməni millətçiləri açıq çıxışlardan çəkinirdilər. Onlar bu müddətdə torpaq iddialarını heç vaxt dilə gətirməyə cəsarət etmədilər. Ulu Öndər erməni millətçilərinin Azərbaycana qarşı olan münasibətini yaxşı bilirdi və hər zaman onların əməllərinin qarşısını qətiyyətlə alırdı. Bütövlükdə, Heydər Əliyevin 1970-ci illərdə həyata keçirdiyi tədbirlər əzəli Azərbaycan torpağı olan Qarabağda azərbaycanlı əhalinin mövqelərini əhəmiyyətli dərəcədə möhkəmləndirdi.

“Bu gün Azərbaycanın yüksəlişi Heydər Əliyev tərəfindən müəyyən edilmiş və Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilən düşünülmüş, uzaqgörən siyasətin real nəticəsidir”, - deyən A.Məmmədov bildirib ki, Ermənistanın təcavüzü nəticəsində öz doğma yurd-yuvasından didərgin düşmüş keçmiş vətəndaşlarımızın sosial müdafiəsini diqqət mərkəzində saxlayan ulu öndər Heydər Əliyev tərəfindən qaçqın və məcburi köçkünlərin maddi vəziyyətinin və yaşayış şəraitinin yaxşılaşdırılması məqsədilə çox mühüm işlər görülüb. Ümummilli Liderin müdrik qərarı ilə Dövlət Neft Fondundan ilk vəsait qaçqın və məcburi köçkünlərin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına yönəldilib. Evlərindən didərgin düşmüş vətəndaşlarımızın maddi rifahının yaxşılaşdırılması üçün müxtəlif proqramlar həyata keçirilib, sosial müavinətlərin artırılması istiqamətində mühüm tədbirlər görülüb. Məcburi köçkünlərin çadırlardan müasir evlərə köçürülməsi, onların haqq səsinin dünyaya və beynəlxalq təşkilatlara çatdırılması sahəsində ilk addımlar da məhz Heydər Əliyevin hakimiyyəti dövründə atılıb.

Deputat bildirib ki, Ümummilli Liderin ölkə iqtisadiyyatının hərtərəfli inkişafı üçün neft amilindən məharətlə istifadə etməsi, 1994-cü ilin sentyabrında böyük təzyiqlərə baxmayaraq "Əsrin müqaviləsi"nin imzalanmasına nail olması yüksək siyasi iradənin və qətiyyətin təntənəsi idi. Bu saziş, həmçinin Azərbaycanın qapılarını bütün dünyanın üzünə açdı, bu sahədə yeni müqavilələrin imzalanmasını və ölkəyə investisiya qoyuluşunu təşviq etdi.

“44 günlük Vətən müharibəsində tarixi Zəfərimiz və ərazi bütövlüyümüzün bərpa edilməsi Ümummilli Liderimizin müəyyən etdiyi, Prezident İlham Əliyevin daha da təkmilləşdirərək müasirləşdirdiyi və inamla həyata keçirdiyi milli dövlətçilik strategiyasının ən böyük təntənəsidir.

Bu gün Azərbaycan dövlətinin qarşısında dayanan mühüm məsələlərdən biri də soydaşlarımızın öz doğma yurd yerlərinə qayıtmalarıdır. Bu istiqamətdə dövlətimiz tərəfindən mühüm işlər görülür, infrastruktura yenidən qurulur, yollar çəkilir, aeroportlar inşa edilir. Dövlətimizin gücü və qüdrəti sayəsində tezliklə Qarabağımızda həyat öz axarına düşəcək və insanlarımız öz doğma yurdlarına qayıdacaqlar.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Ankarada Türk dövlətlərinin kosmik texnologiyalar sahəsində əməkdaşlığı müzakirə edilir

Türkiyənin Kahramanmaraş Sütcü İmam Universitetinin nümayəndə heyəti UNEC-də olub

Mirhəsən Həsənov: Metsamor Atom Elektrik Stansiyası region dövlətləri üçün böyük təhlükə mənbəyidir

BANM-də beynəlxalq elmi konfransların açılışı olub

Tərbiyəçi-müəllimlərin vakant yerlər üzrə qeydiyyatına start verilir

“Könüllülərə yol açırıq” - satış sərgisi

Artan dövlət borcu yükü Afrikanı yol ayrıcında qoyur - UNECA

Famil Ağayev: Bəlkə də mövsüm ərzində "Azərreyl"ə qalib gəlməyimiz bizi arxayınlaşdırdı

COP29 Azərbaycanın malik olduğu imkanların təqdimatı olacaq ŞƏRH

Azərbaycanda vergiödəyicilərinin sayı 7 faizdən çox artıb

Musiqili Teatr özbək yazıçısının komediyasını təqdim edəcək

Moskva məhkəməsi Rusiya müdafiə nazirinin müavinini həbs edib

Başqırdıstan istehsal etmədiyi məhsulları Azərbaycandan idxal etmək istəyir

Fövqəladə Hallar Nazirliyi avtonəqliyyat vasitələrində yanğınlarla bağlı əhaliyə müraciət edib

Aprelin 25-də hava əsasən yağmursuz keçəcək

Beynəlxalq təşkilat Fransanı nümayiş hüququnu məhdudlaşdırmaqda günahlandırır

Yaponiya arxeoloqları Romada imperator Avqustun sarayını aşkar ediblər

Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü başlayıb YENİLƏNƏCƏK

Ekoloji təhlükəsizliyin milli və beynəlxalq hüquqi təminatı - elmi-praktik konfrans

Danimarkada Makedoniyalı İsgəndərin təsviri olan qədim bəzək əşyası aşkarlanıb

Qırğızıstan Prezidenti Sadır Japarovun rəsmi qarşılanma mərasimi olub

Şahmat üzrə Azərbaycan çempionatında ikinci finalçı bəlli olub

İsveç səfiri “Avroviziya-2024” təmsilçilərimizlə görüşüb

Aprelin 24-dən 30-dək Ümumdünya İmmunlaşdırma Həftəsi keçirilir

Avropa Parlamenti Balkanlarda ofis açmağı planlaşdırır

Milli Kitabxana “Qədim diyarın bir əsrlik yolu” adlı virtual sərgi hazırlayıb

İşğaldan azad edilən ərazilərimizdə ilk dəfə peşə yarmarkası keçiriləcək

Faktiki hava: Ötən gün Aran rayonlarında 31 dərəcə isti qeydə alınıb

“Azərbaycanın müasir müdafiə sənayesi” - BMU-da tələbələrlə görüş

Beynəlxalq forumun iştirakçılarının işğaldan azad olunmuş ərazilərə səfəri başlayıb VİDEO

Filippində istidən altı nəfər ölüb

Birinci sinfə elektron qeydiyyatla bağlı görüş keçirilib

Qırğızıstan Prezidenti Sadır Japarov Azərbaycana dövlət səfərinə gəlib

ASAN könüllülərinin “Qarabağ” mədəniyyət sərgisi keçirilib

KOBİA sədri: Başqırdıstan iş adamlarına tenderlərdə iştirak etməsi üçün imkan yarada bilərik

“Azərreyl”in amerikalı voleybolçusu: Çempionluğa layiq idik

“AzerGold”da keniyalı iş adamları ilə görüş keçirilib

Qazaxıstanda daşqınlar səbəbindən 8,5 min insan təxliyə məntəqələrində qalır

Azərbaycan Çernobıl Əlilləri İttifaqının üzvləri Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edib

Havaya normadan artıq tullantı atan restoranların səlahiyyətli nümayəndələri barədə akt və protokol tərtib olunub

Fukuşima AES-dən suyun okeana axıdılması dayandırılıb

BMT-nin Baş katibi: Bəşəriyyət iqlim dəyişikliyi ilə mübarizədə daha sıx birləşməlidir

Azərbaycan-Qırğızıstan münasibətləri Türk dünyasının birliyinə mühüm töhfələr verir

AMEA-da yeni şöbələr yaradılıb

Azərbaycan Kuboku: Bu gün finalçılar məlum olacaq

Dövlət Yol Polis əməkdaşları vətəndaşları yol hərəkəti qaydaları haqqında məlumatlandırıb

Azərbaycanda COVID-19 və qripə qarşı vaksinasiyanın səmərəliliyinin dəyərləndirilməsi üzrə aparılan tədqiqat yekunlaşıb

“Sumqayıt” klubunun baş məşqçisi “Barselona”nın düşərgəsinə yollanıb

Dünya birjalarında neft bahalaşıb

İlkin səhiyyə xidməti təkmilləşdirilir

Aprelin 23-də 19,2 kiloqramdan çox narkotik vasitə dövriyyədən çıxarılıb

DİN: Ötən gün Xankəndidə silah-sursat aşkarlanıb

Ötən gün aşkarlanan və təhvil götürülən silah-sursatın sayı açıqlanıb

“Deloitte” Azərbaycanda fəaliyyətini genişləndirir

Yevgeni Mixaylov: Cənubi Qafqazın təhlükəsizliyi Azərbaycanın və Rusiyanın diqqət mərkəzindədir – ŞƏRH

DİN: Cinayət törətməkdə şübhəli bilinən 55 nəfər saxlanılıb

Azərbaycan nefti bahalaşıb

Bakıda Qırğız kino günlərinin açılışı olub

Azərbaycan İnvestisiya Holdinqinin Müşahidə Şurasının iclası keçirilib

Çin “Şencou-18” kosmik missiyasını orbitə göndərməyə hazırlaşır

Bakının bir sıra yollarında sıxlıq müşahidə olunur - SİYAHI

Kürdəmirdə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıb

Təzadlı obrazlar ustası

Panama sahillərində zəlzələ qeydə alınıb

Şimali Koreya nümayəndə heyəti son 5 ildə ilk dəfə İrana səfər edib

Hindistan 250 kilometr mənzilli ballistik raketi sınaqdan keçirib

Professor Merab Kiladze: Gürcüstan və Azərbaycan həkimləri tibbin bütün sahələrində uğurlu əməkdaşlıq edirlər

“Diaspor Akademiyası” layihəsi çərçivəsində səkkizinci təlim keçirilib

Varşava Azərbaycan Evində karyera təlimləri davam edir

BEA: Elektromobillərin qlobal satışları 2024-cü ildə rekord həddə çatıb

ABŞ Dövlət katibi Çində Rusiya ilə bağlı mövzuları da müzakirə edəcək

Səfir Nazim Səmədov etimadnamələrini Qambiya Prezidentinə təqdim edib

Tədqiqat: Zərərli qidaların niyə xərçəngə səbəb olduğu məlum olub

Bayden ABŞ-ın yeganə dünya lideri olduğunu söyləyib

“Yuventus” İtaliya Kubokunun finalına yüksəlib

Premyer Liqa: “Arsenal” London derbisində “Çelsi”ni darmadağın edib

Senat ABŞ-ın Ukraynaya hərbi yardımını təsdiqləyib

Bosniya və Herseqovina Rəyasət Heyətinin sədri COP29-da iştiraka dəvət olunub

“COP29 və Azərbaycan üçün Yaşıl Baxış” forumu Gürcüstan mətbuatının diqqət mərkəzində olub

Milanda gecə saatlarında pizza və dondurma yemək qadağan olunacaq

İNALCO: Türk Mədəniyyəti və Dilləri Günündə Azərbaycan mədəniyyəti təqdim olunub VİDEO

Ukrayna mülki aviasiyanın modernləşdirilməsinə dair sazişi ləğv edib

Rusiya müdafiə nazirinin müavini saxlanılıb

Nikol Paşinyan: Ermənistanın beynəlxalq səviyyədə tanınmış sərhədlərindən kənarda heç bir ambisiyası yoxdur

Dövlət Departamenti: ABŞ Rusiyanın enerji sektoruna qarşı sanksiyaları davam etdirəcək

Elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatları Komissiyasının məlumatı

Rusiya XİN Bakı və İrəvan arasında sülh müqaviləsinin razılaşdırılmasının zəruri olduğunu bildirib

Bolat Nurqaliyev: Sülh prosesi başlayandan sonra Azərbaycan dünya səviyyəsində əhəmiyyətli dərəcədə yüksəlib VİDEO

Rusiya Prezidenti son 12 ildə BAM-ın gücünün üç dəfə artdığını açıqlayıb

Milli Məclisin növbəti plenar iclasında 18 məsələ müzakirə olunub

Ombudsman britaniyalı müəllifin təşəbbüsü ilə hazırlanan kitab üçün müsahibə verib

İmişlidə “Mercedes” marketə çırpılıb, yeniyetmə son anda qəzadan xilas olub: anbaan görüntülər VİDEO

AMB sədrinin rəhbərliyi ilə Azərbaycanın Bankçılıq Missiyası ABŞ-da işgüzar səfərdədir

Xankəndi şəhərində tapdığı silah-sursatları polisə təhvil verməyən şəxs saxlanılıb

"Azərreyl"in kapitanı: Xoşbəxtəm ki, əziyyətimizin bəhrəsini gördük

Azərbaycan Prezidentinin Rusiya səfəri iki ölkə arasında əməkdaşlıq baxımından tarixi önəm daşıyır ŞƏRH

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin hesabat yığıncağı keçirilib

Azərbaycan Afrika və Yaxın Şərqin ən böyük kənd təsərrüfatı sərgilərindən birində təmsil olunur

SOCAR-ın prezidenti Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının ölkəmizdəki səfiri ilə görüşüb

Azərbaycan və İspaniya iqtisadi-ticarət əlaqələrinin inkişaf etdirilməsini müzakirə edib