Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Deputat: Tarixi Zəfərimizdən sonra da ordu quruculuğu sahəsində davamlı addımlar atılır

Deputat: Tarixi Zəfərimizdən sonra da ordu quruculuğu sahəsində davamlı addımlar atılır

Bakı, 29 iyun, AZƏRTAC

26 İyun dünyanın ən güclü 50 ordusu sırasında qərarlaşan, 30 ilin işğalına 44 gündə son qoyaraq ədaləti bərpa edən Azərbaycan Ordusunun şərəf günüdür. Artıq iki ildir ki, digər bayramlar, tarixi günlər kimi, Silahlı Qüvvələr Gününü də daha möhtəşəm, əsl bayram ovqatında qeyd edirik. Şanlı tarix yazan Azərbaycan Ordusu işğaldan azad edilmiş torpaqlarımızda üçrəngli bayrağımızı yüksəklərə qaldırdığı üçün bu gün qürurludur. Tarixin bütün sərt sınaqlarından üzüağ, şərəflə çıxan Azərbaycan xalqının yenilməzliyini, məğrurluğunu bir daha dünyaya nümayiş etdirən rəşadətli ordumuz illərdir ermənilərin yaratdığı mifləri darmadağın etdi. Azərbaycan Ordusunun hərb meydanında məğlub olacağı barədə əsassız fikirlər səsləndirib özləri barədə “məğlubedilməz” görüntü yaratmağa çalışan ermənilər diz çökdü, kapitulyasiya akına imza atdı. Dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev iyunun 26-da Silahlı Qüvvələr Günündə Kəlbəcərdə və Laçında oldu, bir güllə belə atılmadan azad edilən bu torpaqlardan Ermənistana və ona havadarlıq etməkdə davam edən dövlətlərə mesajlarını çatdırdı. Kəlbəcər rayonuna səfəri çərçivəsində komando hərbi hissəsinə döyüş bayrağının verilməsinə həsr olunmuş təntənəli mərasimdəki nitqində Müzəffər Ali Baş Komandan İlham Əliyev bir daha Azərbaycan Ordusunun keçdiyi inkişaf yolundan, döyüş hazırlığından geniş bəhs edərək bildirdi ki, bu gün Silahlı Qüvvələrimizlə fəxr edə bilərik. Bu gün müzəffər xalq, qalib ölkə kimi Ordu Gününü qeyd edirik. Dövlətimizin başçısı İlham Əliyev işğal dövründə hərbçilərlə çoxsaylı görüşlərində, ölkəmizdə keçirilən hərbi paradlarda, Beynəlxalq Müdafiə sərgilərində daim bu əminliyi ifadə edirdi ki, gün gələcək biz öz doğma torpaqlarımızı qaytaracağıq. İşğaldan azad edilmiş ərazilərimizdə üçrəngli bayrağımız dalğalanacaq. Ölkə Prezidenti bu məqamı da xüsusi qeyd edirdi ki, sülh danışıqları səmərə vermədiyi təqdirdə hərb variantı istisna edilmir. Belə də oldu. Müzəffər Azərbaycan Ordusu tarixi missiyanı şərəflə yerinə yetirdi.

Bu fikirləri Milli Məclisin deputatı Malik Həsənov AZƏRTAC-a açıqlamasında ifadə edib.

Tarixi Zəfərimizdən sonra da ordu quruculuğu sahəsində davamlı addımların atıldığına diqqət çəkən deputat deyib: “Ötən ilin dekabrında birinci komando hərbi hissəsinin azad edilmiş Hadrutda istifadəyə verildiyini xatırladan Müzəffər Ali Baş Komandan İlham Əliyev bildirib ki, bu mühüm hadisədən 6 ay sonra Kəlbəcərdə yeni yaradılmış komando qüvvələrinin hərbi hissəsinin açılış mərasimi keçirilir. Bu onu göstərir ki, İkinci Qarabağ müharibəsindən sonra ordu quruculuğu prosesi sürətlə gedir və komando qüvvələri bütün digər silahlı birləşmələrlə bərabər ölkə qarşısında duran bütün vəzifələri yerinə yetirmək, ərazi bütövlüyünü müdafiə etmək və sərhədlərimizi qorumaq üçün bütün imkanlara malikdir”.

Milli Məclisin deputatı bu mühüm məqamı da böyük qürur hissi ilə qeyd edib ki, xalqımızın şanlı Qələbəsi indi müxtəlif ölkələrin ali məktəblərinin hərbi dərsliklərindədir və bunu bir çox hərbi ekspertlər qeyd edirlər. Çox çətin relyefi olan ərazini, Şuşa kimi alınmaz qalanı azad etmək ancaq Azərbaycan əsgərinin ruhu, gücü hesabına mümkün olub. Şuşa əməliyyatı bir dastana çevrildi. Dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Vətən müharibəsi dövründə bütün müsahibələrində, xalqa müraciətlərində “Şuşasız bizim işimiz yarımçıq olar” çağırışı Qarabağın tacının işğaldan azad edilməsinin əsas hədəf olduğunu açıqladı. Zəfər Günü kimi təsis edilən 2020-ci ilin 8 noyabr tarixdə Şuşanın işğaldan azad edilməsi Ermənistanın kapitulyasiya aktını imzalamasında mühüm rol oynadı. Belə çətin relyefə malik ərazinin işğaldan azad olunacağını ermənilər heç zaman düşünmürdü. Azərbaycan Ordusu göstərdi ki, həm ruhən, həm fiziki cəhətdən, həm peşəkarlıq, həm döyüş qabiliyyəti, həm də Vətənə olan sevgi və məhəbbət nöqteyi-nəzərindən böyük xalqıq.

“Dövlətimizin başçısı İlham Əliyev məlum nitqində bir daha bildirdi ki, Vətən müharibəsindən ötən il yarım ərzində ordumuzu daha da gücləndirmək, müasir silahlarla təchiz etmək, sərhəd boyunca bütün əlverişli mövqelərə sahib olmaq üçün gecə-gündüz çalışdıq və buna nail olduq”, - söyləyən Malik Həsənov diqqəti, eyni zamanda, Müzəffər Ali Baş Komandanın Kəlbəcərdən Ermənistanda baş qaldıran revanşist qüvvələrə çağırışlarına da yönəldib: “Dəmir yumruq” yerindədir, bunu heç kim unutmasın. Vətən müharibəsində Ermənistanı məğlub etməyimiz onlar üçün dərs olmalıdır”.

Deputat işğaldan azad edilmiş bütün ərazilərimizdə, o cümlədən Kəlbəcər və Laçında bu gün genişmiqyaslı bərpa-quruculuq işlərinin həyata keçirildiyini önə çəkərək diqqəti dövlət başçısının bu rayonlara səfəri zamanı açılışında və təməlqoyma mərasimlərində iştirak etdiyi sosial obyektlərin say tərkibinə yönəldib: “Görülən işlərin fonunda bu əminlik bir daha ifadə edildi ki, Qarabağı və Şərqi Zəngəzuru bərpa edəcəyik. Dövlətimizin başçısı bəyan etdi ki, ilk növbədə, bu bölgədə - Qarabağda və Şərqi Zəngəzurda bizim hərbi gücümüz daim möhkəm olmalıdır”.

Ölkə Prezidentinin işğaldan azad edilmiş ərazilərimizə hər səfərinin Böyük Qayıdışı daha da yaxınlaşdırdığını söyləyən Malik Həsənov görülən işlərin miqyasının ölçüyəgəlməzliyini, eyni zamanda, bu işlərin Azərbaycanın öz daxili imkanları hesabına həyata keçirildiyini bildirib: “İşğaldan azad edilmiş bütün ərazilərimiz Baş plan əsasında yenidən qurulur, bərpa edilir. Müasir tələblər bərpa-quruculuq işlərində öz əksini tapıb. Səfər çərçivəsində Kəlbəcərin Baş planı təqdim edildi, həmçinin İşğal və Zəfər muzeyləri kompleksinin təməli qoyuldu. Dövlətimizin başçısı İlham Əliyev işğaldan azad edilmiş bütün ərazilərimizdə bu komplekslərin yaradılmasının vacibliyini bildirib. İşğal və Zəfər muzeyləri hər iki dövrün reallıqlarının təbliğinə öz töhfələrini verəcək. Zəngin dövlətçilik tarixinə malik olan Azərbaycan xalqı belə mühüm addımların fonunda tarixinin hər bir səhifəsinə hörmətlə yanaşdığını, qoruduğunu və təbliğinə səy göstərdiyini dünyaya nümayiş etdirir. Tarixinə sahib çıxan Azərbaycan xalqı, həmçinin göstərir ki, qurub-yaradan xalqdır. Azərbaycan xalqı tamamilə dağılmış 10 min kvadratkilometr ərazidə yeni həyat qurur. Təbii ki, görülən bütün işləri sadalamaq mümkün deyil. Onların miqyası günbəgün genişlənir. Otuz ilin işğalına 44 gündə son qoyan Azərbaycan il yarım ərzində həyata keçirdiyi bərpa-quruculuq işləri ilə bu torpaqların sahibi olduğunu bir daha təsdiqləyir”.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Naxçıvanda akademik Rəhim Rəhimovun 100 illik yubileyi qeyd edilib

Respublika Pediatriya Mərkəzi yaradılıb

Polşa şirkətlərinə Azərbaycanın investisiya potensialı təqdim olunub

MEK-in fondunda 3 minə yaxın şəhidin məlumatı sənədləşdirilib

Qərb bölgəsində Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunub

Əqli Mülkiyyət Agentliyi: Tələbələrə iddia sənədlərinin tərtib edilməsində kömək göstərilib

“Rəqəmsallaşma və biznesin idarə edilməsində süni intellekt inqilabı” - UNEC-də beynəlxalq konfrans keçirilir

Yeni kaledoniyalı parlamentari: COP29-un dünyada iqlim dəyişiklikləri istiqamətində mövcud problemlərin həllinə töhfə verəcəyinə inanıram

“Şəxsi arxivlərin kataloqlaşdırılması və təsvir prinsipləri” - mühazirə

“Məktəblinin dostu” layihəsinin fəaliyyətinə dair elmi araşdırmanın təqdimatı keçirilib

“Ədibin Evi”ndə “Nizami Gəncəvinin söz kainatı” mövzusu müzakirə olunub

Kaledoniyalı tarixçi: Fransanın assimilyasiya siyasəti aparmasına imkan verməyəcəyik

Tarixi abidələrimiz keçmişimizdən gələcəyə bir körpüdür

Tanışını qəsdən öldürməkdə təqsirləndirilən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib

Rəşad Nəbiyev Ağdaşda şəhid ailəsini ziyarət edib

Paytaxtda saxlanılan narkokuryerdə 5 kiloqram marixuana aşkarlanıb

Hacıqabulda dəmir yolu xəttini keçmək istəyən qadını qatar vurub

Kaledoniyalı senator: İnanırıq ki, Azərbaycanla imzaladığımız memorandum sayəsində Fransa öz siyasətindən çəkinəcək

Kənd təsərrüfatı naziri: Türkiyə ilə aqrar sahədə əməkdaşlıq Qarabağ və Şərqi Zəngəzur üçün də vacibdir

Omayra Naiselin: Müstəqillik uğrunda müxtəlif istiqamətlərdə mübarizə aparırıq

Aqrar sahədə Türkiyə və Azərbaycan əməkdaşlığının perspektiv istiqamətləri müəyyən edilib

Kişi voleybolçuların Yüksək Liqasında ikinci finalçı bəlli olub

Kaledoniyalı parlamentari: Azərbaycan bizim üçün həqiqi bir nümunədir

Aİ ölkələri arasında Rusiyadan ən çox qaz alan dövlət Fransadır

Qaraciyər xəstəliklərinin müalicəsinə kömək edə bilən muncuqlar hazırlanıb

Lənkəranda Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd edilib

Sahibə Qafarova: Fransa tarixində qara ləkə olan kolonializmi Cənubi Qafqaz regionunda da davam etdirmək niyyətindədir

Bloomberg: Rusiya sanksiyalardan yayınmaq üçün nəqliyyat dəhlizlərinin modernləşməsinə 25 milyard dollar sərmayə yatırmağa hazırlaşır

BDU aliminin yeni monoqrafiyası nəşr olunub

Kreml Fransanın mülkiyyət hüququnu pozmaqda ittiham edib

“İraq türkmanlarının ictimai, siyasi və fəlsəfi görüşləri” - dəyirmi masa

Azərbaycan ilə Çin baş prokurorluqları arasında hüquqi sahədə əməkdaşlıq genişlənir

BDU-da Ümumdünya Kitab və Müəlliflik Hüququ Gününə həsr olunmuş sərgi keçiriləcək

Ukrayna bu il silah-sursat alınmasına 4 milyard dollar xərcləyib

Dendrologiya İnstitutu Qazaxıstanın Botanika və Fitointroduksiya İnstitutu ilə əməkdaşlıq edəcək

Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edib

Audiovizual Şura BDU-da “Media subyektləri” mövzusunda seminar keçirib

Tural Gəncəliyev: Fransa öz gözündə tiri görmək istəmir

Şizofreniyanın müalicəsində yeni imkanlar araşdırılıb

Karlo Ançelotti Qvardiolaya qarşı unikal göstəriciyə imza atıb

Sülhməramlıların Qarabağdan çıxarılması Azərbaycanın Liderinin zərgər dəqiqliyi ilə tətbiq etdiyi diplomatiyanın məntiqi yekunudur - ŞƏRH

Komitə sədri: Fransa demokratik ideyaları məhv edir

Polşalı professorlar BMU tələbələrinə mühazirə oxuyublar

Tələbələr Dendrologiya İnstitutunda istehsalat təcrübəsinə başlayıblar

® Kreditlərinizi “Kapital Bank”a gətirin, nağdlaşdırma komissiyası olmadan kredit əldə edin

“SpaceX” daha 23 internet peykini orbitə çıxarıb

C vitamini qan təzyiqini aşağı salmağa kömək edir

Tatarıstan Azərbaycanla birgə kimya sənaye müəssisəsinin yaradılmasında maraqlıdır

Aşqarlar Kimyası İnstitutuna yaradıcı gənclərin ekskursiyası təşkil olunub

Ramana qəsəbəsində iki nəfər dəm qazından zəhərlənərək ölüb

Abbas Abbasov: Azərbaycan neokolonializmlə bağlı xalqların mübarizəsini dəstəkləyir

Türkiyəli nazir: Bakıda keçiriləcək COP29 sessiyası bütün dünya üçün əhəmiyyətlidir

Naxçıvanın su təchizatının yaxşılaşdırılması məqsədilə memorandum imzalanıb

Yeni Kaledoniya Senatın üzvü: Azərbaycan bizim üçün böyük qardaş rolunu oynayır

Almaniyada mənzil oğrularına qarşı ehtiyat tədbirləri açıqlanıb

Senat üzvü: Kanak xalqı öz müstəqillik mübarizəsini axıradək davam etdirəcək

Azərbaycan Hərb Tarixi Muzeyində “Şövqiyar Abdullayev – 55 il” anım tədbiri keçirilib

Nazir: Məktəb psixoloqu terapiya aparan şəxs deyil

® Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!

Rəqəmsal inkişaf və nəqliyyat naziri Ağdaşda vətəndaşların müraciətlərini dinləyib

Yeni kaledoniyalı parlamentari ölkəsinə dəstəyə görə Azərbaycana təşəkkür edib

Niyə “Məktəblinin dostu” layihəsinə ehtiyac yaranır?

İqtisadi Zonaların İnkişafı Agentliyinin Peşə Təhsil Mərkəzinin yeni saytı istifadəyə verilib

Kənd təsərrüfatı nazirinin müavini Lerikdə vətəndaşları qəbul edib, təsərrüfatlara baş çəkib

Manuel Noyer Çempionlar Liqasının tarixinə düşüb

Britaniyada 70 min nəfərə qarşı dələduzluq edən dəstə üzvləri həbs olunub

Milli Kitabxanada Tarixi Abidələrin Mühafizəsi Günü münasibətilə kitab sərgisi açılıb

Nazir: Xoşagəlməz hallar dünyanın bütün məktəblərində baş verir

Zahid Oruc: Rusiya sülhməramlılarının Qarabağdan çıxması nəinki Fransanı, ABŞ-ı da narahat edir

Naxçıvanda Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunub VİDEO

Nazirlik rəsmisi: Valideynlər “Məktəblinin dostu” layihəsindən tam razıdırlar

Azərbaycan Milli Məclisi ilə Yeni Kaledoniya Konqresi arasında Əməkdaşlıq haqqında Memorandum imzalanıb VİDEO

“Məktəblinin dostu” layihəsinin rəhbəri: İndiyədək 700 uşaq müəyyən səbəblərə görə psixiatrlara yönəldilib

“Roma” baş məşqçisi Daniele De Rossi ilə bağlı qərarını verib

Beyləqanda çiyid səpininə başlanılıb

Mariya Zaxarova: Qərb Cənubi Qafqazda qonşuların arasını vurmağa çalışır, Ermənistana isə bu məsələdə alət rolu ayrılıb

“Bavariya”nın futbolçusu: “Arsenal”ı Çempionlar Liqasından kənarlaşdırmaq gözəl hisslər idi

Üç min illik tarixə malik Bərdə maddi-mədəniyyət abidələri ilə zəngindir

Milli Məclisdə "Yeni Kaledoniya: Tarix, müasir çağırışlar və gözlənilən gələcək" mövzusunda konfrans keçirilir

HONOR Magic6 Pro İstanbulda təqdim olunub

Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü Qobustan Milli Tarix-Bədii Qoruğunda qeyd olunub VİDEO

Rusiya XİN: Aİ Bakı ilə İrəvan arasında münasibətlərin normallaşdırılmasına müsbət töhfə vermir

“Məktəblinin dostu” layihəsi hazırda 238 ümumi təhsil müəssisəsində həyata keçirilir

Gənclər Kitabxanasında Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü ilə əlaqədar icmal hazırlanıb

Nigeriya COP29-dan əvvəl iqlim öhdəliklərini nəzərdən keçirir

Qubadakı “Günbəzli hamam” turistlərin ən çox diqqətini çəkən tarixi abidələrdəndir VİDEO

Tarixi-memarlıq abidələri milli yaddaşımızın tərkib hissəsidir

Enerjinin saxlanması və çevrilməsi üçün materiallar üzrə beynəlxalq simpoziumun 8-ci toplantısı Bakıda təşkil olunacaq

“Başlanğıcdan günümüzə Türkiyə-Azərbaycan əlaqələri” kitabı təqdim edilib

Marketdən 8 min manatlıq spirtli içki oğurlayan şəxs saxlanılıb VİDEO

® “Azercell” “GSMA M360 Eurasia” tədbirinə ev sahibliyi edəcək

Tailand hökuməti Qazaxıstan vətəndaşları üçün vizasız rejimi təsdiqləyib

Annalena Berbok: İranı təcrid etmək lazımdır

Rusiyalı ekspert: Parisin Bakıdakı səfirini geri çağırması Fransada zərərli siyasi təfəkkürün əlamətidir - ŞƏRH

Yeni Kaledoniya Konqresinin nümayəndə heyəti Bakı Təşəbbüs Qrupunun ofisində olub

Azərbaycan UNESCO Klubları Assosiasiyası Çinin müvafiq qurumu ilə süni intellekt, elektron idarəçilik sahələrində əməkdaşlıq edəcək

Şimali Qazaxıstan vilayətində daşqınların ikinci dalğası başlayıb

Azərbaycanın qadın şahmatçıları Avropa çempionatında mübarizə aparacaqlar

Azərbaycanın cüdo hakimi Paralimpiya Oyunlarına təyinat alıb

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi vətəndaşlara müraciət edib