CƏMİYYƏT


Deputat: Tətbiq olunan yumşalmalar bizi daha məsuliyyətli edəcək

Bakı, 9 sentyabr, AZƏRTAC

Artıq pandemiya dövrünün daha çox yumşalmalar mərhələsini yaşayırıq. İstər müəyyən qaydalar çərçivəsində təhsilin başlanması, istər iaşə obyektlərinin daxilində xidmətə icazə verilməsi, istərsə də şəhər və rayonlararası gediş-gəlişin bərpası və sair qaydalara daha ciddi riayət olunmasını qaçılmaz edir. İnfeksiyanın yayılmasının qarşısının alınması bu gün hər bir insanın məsuliyyətindən daha çox asılı olacaq. Vəziyyətin nəzarətdə saxlanması sosial məsafənin qorunması, maskadan istifadə, təmaslardan qaçmaq, bir yerə toplaşarkən icazə verilən say həddini keçməmək kimi sadə qaydalarla müəyyən olunur.

Bu sözləri KİV-lərə açıqlamasında Milli Məclisin deputatı Emin Hacıyev deyib.

Deputat bildirib: “Nəzərə alaq ki, pandemiya başlayan dövrdən bu günədək verilən qərarlar, atılan addımlar öz səmərəsini verib. Həm yeni müalicə müəssisələrinin qurulması, həm karantin rejiminin yavaş-yavaş yumşaldılması, ümumiyyətlə, bu sahədə dövlətimizin gördüyü bütün ehtiyat tədbirləri öz müsbət nəticəsini verir. Məhz doğru əks-epidemik tədbirlərin görülməsinin nəticəsidir ki, xəstələrin sayı xeyli azalıb”.

Emin Hacıyev qeyd edib ki, yaşadığımız çətin dövrdə Prezident İlham Əliyevin, Birinci vitse-prezident Mehriban Əliyevanın əhaliyə diqqət və qayğısını hər kəs, xüsusilə sosial cəhətdən həssas qruplar daha dərindən hiss etdi.

Növbəti yumşalma qərarı o demək deyil ki, pandemiya bitir. Yəqin ki, monitorinqlər də daha sistemli və qaçılmaz olacaq. Artıq, necə deyərlər, məsuliyyətimiz sağlamlığımızdır. Nə qədər məsuliyyətli olacağıqsa, koronavirusla mübarizədə o qədər güclü olacağıq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.