SİYASƏT


Deputat: Türkiyə Prezidentinin Füzuliyə səfəri dünyaya verilən daha bir qardaşlıq mesajıdır

Bakı, 26 oktyabr, AZƏRTAC

Füzuli Beynəlxalq Hava Limanının rəsmi açılış mərasimində iştirak üçün qardaş Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın ölkəmizə səfərə gəlməsi tarixi hadisədir. Bu səfər bir daha Azərbaycan-Türkiyə qardaşlığının, birliyinin göstəricisidir. Məlum olduğu kimi, Füzuli Beynəlxalq Hava Limanı qısa zaman ərzində, cəmi 8 aya inşa edilib. Bu hava limanının regionun inkişafında mühüm rolu olacaq.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Cavid Osmanov söyləyib.

Deputat vurğulayıb ki, qardaş Türkiyə hər zaman Azərbaycanın yanındadır. Vətən müharibəsi başalayan ilk saatlardan da biz Türkiyə dövlətinin, şəxsən Prezident Rəcəb Tayyib Ərdoğanın siyasi dəstəyinin şahidi olduq. Bu, artıq Prezident Rəcəb Tayyib Ərdoğanın Füzuliyə ikinci səfəridir. İlk səfəri zamanı Füzuli rayonunda olan qardaş ölkənin başçısı Şuşa şəhərinə getmiş orada tarixi sənəd olan Müttəfiqlik haqqında Şuşa Bəyannaməsi imzalanmışdı. Hər iki səfər öz siyasi və tarixi əhəmiyyəti ilə seçilir. Bugünkü səfər isə özlüyündə bir ilkə imza atmağın göstəricisidir.

Qardaş ölkənin Prezidenti təyyarə ilə məhz Füzuli Beynəlxalq Hava Limanına endi və Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən qarşılandı. Prezidentlər hava limanının rəsmi açılışını bildirən qırmızı lenti kəsdilər. Bütün bunlar dünyaya verilən qardaşlıq, birlik, həmrəylik mesajlarıdır. Eyni zamanda, bu Azərbaycan dövlətinin gücünün, sülh və təhlükəsizliyin bərqərar olmasında maraqlı olduğunun göstəriciləri hesab edilməlidir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.