Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Deputat: Vətən müharibəsi nəticəsində tariximizin canlı şahidi olan abidələrimiz də əsirlikdən xilas edildi

Deputat: Vətən müharibəsi nəticəsində tariximizin canlı şahidi olan abidələrimiz də əsirlikdən xilas edildi

Bakı, 23 fevral, AZƏRTAC

Qırx dörd günlük İkinci Qarabağ müharibəsi tariximizin şanlı səhifəsini yazdı. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu torpaqlarımızı işğaldan azad etdi, hər biri tariximizin canlı şahidi olan abidələrimiz əsirlikdən xilas edildi. Mədəni irsin məhvi xalqın özünəməxsusluğunu, keçmişini, gələcəyini şübhə altına alır. Ermənilərin tarixi abidələrimizi yerlə-yeksan etmələri təsadüfi xarakter daşımırdı. Onlar bununla tarixi yaddaşımızı silməyə çalışırdılar. Amma unudurdular ki, tarixi və dini abidələrimizi məhv etsələr də, öz çirkin niyyətlərinə nail ola bilməyəcəklər. 44 günlük Vətən müharibəsi bunu bir daha təsdiqlədi. Prezident İlham Əliyev işğaldan azad edilmiş ərazilərimizdə quruculuq və bərpa işlərinin planlı şəkildə həyata keçirilməsindən bəhs edərkən ilk olaraq tarixi və dini abidələrimizin bərpasını, bunun üçün xarici mütəxəssislərin də cəlb ediləcəyini diqqətə çatdırır. Tarixi abidələrimiz danışsa, ermənilər faktlar qarşısında lal olarlar. Yüzlərlə tarixi və dini abidələrimiz ermənilər tərəfindən talan edilib. Amma müharibə qanunlarına, beynəlxalq hüquq prinsiplərinə görə mədəni irsin qorunması mütləqdir. Bədnam qonşularımızın törətdikləri vəhşiliklər beynəlxalq hüquq prinsiplərinə ziddir. Ümumiyyətlə, onların işğal etdikləri ərazilərimizdə tarixi abidələrimizin məhv edilməsinə və saxtalaşdırılmasına xidmət edən cinayət əməlləri bəşəriyyətə qarşı cinayətdir. Ermənistan bu əməllərinə görə cavab verəcək.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Malik Həsənov bildirib.

Tarixi saxtalaşdırmağın, saxta tarix yazaraq yalanın həqiqət üzərində qələbəsini düşünməyin ermənilərə xas xüsusiyyət olduğunu qeyd edən M.Həsənov deyib: “Tarix faktlara əsaslanır, ən əsası, saxtakarlığı sevmir. Maraqlısı budur ki, dost, qardaş Türkiyəyə qarşı qondarma “erməni soyqırımı” iddiası gündəmə gətirildikdə rəsmi Ankara tarixçilərdən ibarət erməni-türk komissiyasının yaradılmasını, bütün dünya arxivlərinin açılmasını irəli sürəndə Ermənistan hakimiyyəti dərhal təşvişə düşərək bu məsələ ilə tarixçilərin deyil, siyasətçilərin məşğul olduğunu söyləməklə savadsızlıqlarını, ən əsası, acizliklərini nümayiş etdirirlər. Dağlıq Qarabağı da gah Ermənistanın ərazisi, gah da müstəqil dövlət kimi təqdim etməklə saxta tarix yazmaqda nə qədər “peşəkar” olduqlarını göstərirlər. Bu kimi yanlış, sərsəm bəyanatlara cavab olaraq dövlətimizin başçısı İlham Əliyev “Qarabağ Azərbaycandır və nida işarəsi” söylədi və bunu 44 günlük Vətən müharibəsində təsdiqlədi. İkinci Qarabağ müharibəsində işğalçı Ermənistana verilən dərs 200 ildə görmədikləri ən ağır zərbə oldu”.

“Müasir dövrün informasiya mübarizəsi dövrü olduğunu unutmamalıyıq” söyləyən M.Həsənov vurğulayıb ki, tarixi faktların dili ilə danışan dövlət istər diplomatik mübarizədə, istərsə də döyüş meydanında qalib olur. “Bunu Azərbaycanın timsalında böyük qürurla qeyd edirik. Yeni yazılan tariximizin səhifələrini həqiqətlərimizlə zənginləşdirərək dünyaya bir daha bu çağırışı edək ki, illərdir saxta tarix yazan ermənilərə dəstək olmaqla saxtakarlığa şərik çıxmaq, beynəlxalq hüquq normalarına zidd addım atmaq heç bir dövlətə nüfuz qazandırmadı. Həqiqətlər üzə çıxdıqca inamsızlıq, etimadsızlıq mühiti formalaşır. 44 günlük İkinci Qarabağ müharibəsi tarixdir. Bütün bu reallıqlar yeni tariximizlə bağlı yazılacaq dərsliklərdə, kitablarda öz əksini tapacaq. Vətən müharibəsi Azərbaycan xalqının əyilməz ruhunun dünyaya təqdimatıdır”, - deyə Malik Həsənov bildirib.

Deputat qeyd edib ki, XX əsrin ən dəhşətli faciəsi olan Xocalı soyqırımının 29-cu ildönümü ərəfəsindəyik. 44 günlük Vətən müharibəsində Xocalı faciəsinin davamı olaraq iki dəfə Gəncədə, həmçinin Bərdədə, Tərtərdə və digər yaşayış məntəqələrimizdə törədilən terror aktlarına da dünyanın səssiz qalması birmənalı qarşılanmadı. İşğalçı Ermənistan ordusunun münaqişə zonasından kənarda yaşayan dinc sakinləri hədəfə alması insanlıq əleyhinə yönəlmiş müharibə cinayətidir. Ermənistan bu cinayət əməllərinə görə cavab verəcək. Xocalı faciəsindən ötən 29 il hadisənin əsl mahiyyətinin dünya ictimaiyyətinə çatdırılmasında mühüm rol oynayıb. Xocalı soyqırımına ilk siyasi-hüquqi qiyməti ulu öndər Heydər Əliyev verib. Fevralın 26-sı Xocalı Soyqırımı Günü elan edilib. Son 17 ildə Heydər Əliyev siyasətini bütün sahələrdə uğurla davam etdirən Prezident İlham Əliyevin, həmçinin Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın birgə fəaliyyətləri nəticəsində həqiqətlərimizin dünya ictimaiyyətinə çatdırılması istiqamətində qazanılan uğurlar göz önündədir. 2008-ci ildə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başlanmış “Xocalıya ədalət!” beynəlxalq kampaniyası da bu istiqamətdə təbliğat işinin daha da gücləndirilməsinə böyük dəstək olub.

Ümumilikdə, 44 günlük İkinci Qarabağ müharibəsində Zəfərimiz Azərbaycanın müstəqilliyi, suverenliyi, ərazi bütövlüyümüzün təmin olunması yolunda canlarından keçən şəhidlərimizin, Xocalı soyqırımı qurbanlarının qanını yerdə qoymadı.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Liseylərin şagirdləri buraxılış imtahanlarında ən yüksək nəticəni əldə ediblər

Laçında ilk dəfə “Laçında peşə öyrən!” adlı yarmarka keçirilir

Prezident İlham Əliyev və Prezident Sadır Japarov Ağdam Cümə məscidinin bərpadan sonra açılışında iştirak ediblər YENİLƏNİB

Azad olunmuş ərazilərə olan avtobus reyslərinin may ayı üzrə biletləri satışa çıxarılır

Bəzi qan təzyiqi dərmanları gözə zərər vura bilər

Anar Bağırov: Artıq vəkil olmaq hüquqşünaslar üçün bir prestij məsələsidir

“Euronews”: Bakı limanı ticarət və logistika sahəsində qlobal lider rolunu daha da möhkəmləndirmək əzmindədir

Yol hərəkəti qaydalarını pozan 196 piyada haqqında inzibati protokol tətbiq olunub

Əliyar Ağayev “Panatinaikos”un oyununa təyinat alıb

Məhəmməd Füzuli yaradıcılığına həsr olunmuş tədbir keçirilib

Penitensiar xidmətin rəisi Türkiyədə beynəlxalq tədbirdə iştirak edib

KOBİA sədri: Naxçıvanda sahibkarlar kənd təsərrüfatına investisiya yatırmaqda maraqlıdırlar

Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanışlıq YENİLƏNİB

Masallıda qida sahəsində işləmək istəyən vətəndaşların müraciətlərinə baxılıb

Keçmiş məcburi köçkünlərin müraciətləri dinlənilib

® “Caspian Energy Club” və AISA-nın təşkilatçılığı ilə “CEO MeetUp HSE day” keçirilib

"Gəncə və gəncəlilər" layihəsi növbəti dəfə Xalq artisti Fikrət Verdiyevə həsr olunub

BMU-da tələbələr üçün “Karyera günü”

Türkiyənin “ASELSAN” şirkəti ixrac həcmini 1 milyard dollara çatdırmağı planlaşdırır

Qırğızıstan Prezidenti Sadır Japarovun Azərbaycana dövlət səfəri başa çatıb

Azərbaycanı Prezident Kubokunda təmsil edəcək taekvondoçular açıqlanıb

Həftəsonu “Kənddən Şəhərə” yarmarkaları təşkil ediləcək

Milli Məclisin sədri Türk Dövlətləri Parlamentlərinin Xarici Əlaqələr Komitələri sədrlərinin iclasının iştirakçıları ilə görüşüb

Türkiyə universiteti ilə ATU arasında birgə elmi-tədqiqat işlərinin aparılması planlaşdırılır

Fransızların çoxu Makronun Aİ qərarlarına real təsir göstərdiyinə inanmır

Məktəblilərlə ekoloji maarifləndirməyə dair söhbət aparılıb

Azərbaycanın bədii gimnastları beynəlxalq turnirində mübarizə aparacaqlar

Azərbaycan və Qırğızıstan prezidentləri birgə nahar ediblər

“Sabah”ın kapitanı: Hələ mövsümü özümüz üçün uğurlu adlandıra bilmərik

Beynəlxalq təşkilatlar, böyük dövlətlər rəsmi Bakının sülhpərvər siyasətinə ciddi dəstək göstərməlidirlər - RƏY

Dəyişən iqlim şəraitində əməyin mühafizəsi ilə bağlı maarifləndirmə tədbirləri təşkil olunub

Rusiya XIN: Moskva Azərbaycanla Ermənistan arasında dövlət sərhədinin delimitasiyasına gələcəkdə də kömək etməyə hazırdır

“Dəniz kənarında” filminin çəkiliş tarixi məlum olub

Xalq şairi Rəsul Rzanın ev-muzeyində tədbir: “100 illik şanlı tarix”

Yuğ Teatrı “21:15 qatarı” adlı yeni tamaşanın premyerasına hazırlaşır

® “Birbank Biznes”lə vaxt sənə işləsin

Elmira Süleymanova II Fəxri xiyabanda dəfn olunub

UNESCO-nun Afrikaya həsr edilmiş Zirvə toplantısında Azərbaycan da təmsil olunacaq

BDU Çinin Hefei Texnologiya Universiteti ilə əməkdaşlığı genişləndirir

Britaniya alimləri xərçəngin müalicəsində mühüm addım atıblar

İngiltərə və Uelsdə oğurluq halları rekord həddə çatıb

Romada “Agdam delenda est. Images from Karabakh” adlı foto kitabın təqdimatı olub VİDEO

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar YENİLƏNİB

Üç ayda 38,9 min nəfərdən çox şəxsə sosial müavinət və təqaüd təyin olunub

Tanzaniyada daşqınlar 155 nəfərin həyatına son qoyub

Yığmanın məşqçisi: Azərbaycanda akrobatika gimnastikasına olan maraq bizi sevindirir

Milli Oftalmologiya Mərkəzi və Dəmiryol Səyyar Klinikası Balakəndə tibbi aksiya keçirəcək

Qazaxıstan TDT ölkələrinin kosmik sahədə əməkdaşlığını dəstəkləyir

UNICEF: Filippin eyni vaxtda bir neçə epidemiya ilə mübarizə aparır

Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun Şəhidlər xiyabanında xatirəsi anılıb

Azərbaycan və Qırğızıstan prezidentlərinin Füzuli-Ağdam səfərləri siyasi mesaj ehtiva edən həmrəylik göstəricisidir ŞƏRH

Azərbaycanın mozaika irsi: rəmzlər və süjetlər

AzMİU-nun qadın əməkdaşlarının yaradıcılıq sərgisi açılıb

Qazaxıstan transəfqan dəmir yolunun tikintisində iştirak etməyə hazırdır

Xocalıda insan qalıqları aşkarlanıb VİDEO

Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar  YENİLƏNİB VİDEO

Nigeriyada yüzdən çox məhbus həbsxanadan qaçıb

AzTU-da gənc alimlər üçün seminar keçirilib

“Tesla” insanabənzər “Optimus” robotlarının satışına başlayacaq

ABŞ Dövlət katibi Antoni Blinken Pekinə gəlib

“Milli Azərbaycan Tarixi Muzeyinin arxeoloji silah kolleksiyası” – seminar

“Azərkosmos”un rəhbəri beynəlxalq konfrans iştirakçılarını ölkənin kosmik sahədə prioritetləri haqqında məlumatlandırıb

Fuat Oktay: Bakıda keçirilən toplantının əməkdaşlığımıza töhfə verəcəyinə inanırıq VİDEO

Şirvan-Salyan Regional Təhsil İdarəsi üzrə I sinfə qəbulla bağlı 27 alternativ qeydiyyat mərkəzi yaradılıb

“Qəbələ”nin hücumçusu Türkiyədə əməliyyat olunub

Səməd Seyidov: Türk dünyası böyük bir fenomenə çevrilib VİDEO

“Code For Future”nin məzunu olan AzMİU tələbələrinə diplom və sertifikatlar verilib

Bakıda dünya qastroenteroloqlarının iyirminci beynəlxalq konqresi işə başlayıb - YENİLƏNİB

Mehmet Süreyya Er: Türk dünyasında sürətlə inkişaf edən əməkdaşlıq zamanın tələbidir

“Yüksəliş” müsabiqəsinin “Ümumi biliklər imtahanı”nın nəticələri açıqlanıb

Prezidentlər İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar YENİLƏNƏCƏK

Türk dövlətləri parlamentlərinin Xarici əlaqələr komitələri sədrlərinin ikinci iclası Türkiyədə keçiriləcək

Yaylaqlara köç edəcək fermerlər üçün mina təhlükəsizliyi ilə bağlı təlimlər başa çatıb

Vergi orqanlarına vətəndaş müraciətlərinin sayı azalıb

Qırğız parlamentarisi: Türk dövlətləri arasında əlaqələr intensivləşir

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamın Xıdırlı kənd tam orta məktəbinin təməlqoyma mərasimində iştirak ediblər YENİLƏNƏCƏK

İİTKM-də türk dünyasının iqtisadi potensialının araşdırılması barədə özbək nümayəndə heyəti məlumatlandırılıb

Bolqarıstan parlamenti spikeri istefaya göndərib

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Konfrans Mərkəzi ilə tanış olublar YENİLƏNƏCƏK

Nazir: Bu ildən Azərbaycan qazının Macarıstana tam təchizatına başlanılıb

Azərbaycan üzgüçüsünün “Paris-2024”də iştirakı üçün Beynəlxalq Paralimpiya Komitəsinə müraciət olunub - EKSKLÜZİV

AQTA COP29-la bağlı keçirdiyi monitorinqdə 93 müəssisədə nöqsanlar aşkarlayıb

Yasemi Öztürk: Ölkələrimiz arasında əlaqələr Qarabağ Zəfərindən sonra daha dinamik xarakter alıb

Məktəblilər süni intellektin coğrafiyada rolu barədə məlumatlandırılıb

Macarıstan XİN: Qarabağın minalardan təmizlənməsi üçün dəstək verməyə hazırıq

Sabah paytaxtda 29, bəzi bölgələrdə isə 31 dərəcə isti olacaq

Dilorom Favziyeva: Bakıda toplanmağımız birliyimizin, dostluğumuzun bariz nümunəsidir

Bürünc medalçı: Növbəti mövsüm də yüksək yerlər uğrunda mübarizə aparacağıq

“Olum və ya olum?”, Cakomo Kazanova Azərbaycanda

Roma Papası Ukrayna ilə bağlı danışıqlara başlamağa çağırıb

Müasir dünyada iqtisadi münasibətlərin hüquq müstəvisində tənzimlənməsi əhəmiyyətli xarakter daşıyır

İqlim dəyişmələri ilə bağlı beynəlxalq mübahisələrin sayı getdikcə artacaq

Sabunçuda qızıl dükanını talayan və çətənə kolları əkən şəxslər saxlanılıblar

Komitə sədri: Azərbaycanın əsas prioritetlərindən biri Türk dövlətləri ilə əlaqələrin gücləndirilməsidir

Azərbaycanın turizm potensialı İordaniyada təqdim olunub

Bu gün dünyada dörd əlamətdar gün qeyd olunur

Baş Prokurorluq Nəsib Quliyevin intiharı ilə bağlı dəqiqləşdirilməmiş xəbərlər yayan media subyektlərinə müraciət edib

Fuat Oktay: Türk dövlətlərinin bir araya gəlməsində məqsəd sülhü dəstəkləməkdir

Hindistanın Racastan ştatında PUA qəzası baş verib

Vəkilliyə namizədlərin təntənəli andiçmə mərasimi keçirilib