Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Deputat: Vətən müharibəsində arxa cəbhədəkilər “hər şey cəbhə üçün” amalı ilə çalışdılar, Ordumuz isə hər gün irəlilədi

Deputat: Vətən müharibəsində arxa cəbhədəkilər “hər şey cəbhə üçün” amalı ilə çalışdılar, Ordumuz isə hər gün irəlilədi

Bakı, 30 sentyabr, AZƏRTAC

Qırx dörd günlük Vətən müharibəsi dünya miqyasında ən qısa zamanda məqsədə nail olunan müharibədir. Belə ki, bir çox ölkələr arasında illərlə müharibələr baş versə də çox zaman ya məqsədə nail olunmur, ya da istənilən nəticə əldə edilmir. Ali Baş Komandan, Prezident İlham Əliyevin uzaqgörənliyi, siyasi iradəsi sayəsində zamanında başladılan müharibə qısa müddət ərzində Zəfərimizlə yekunlaşdı. Haqq savaşımızdan qalib ayrılmağımızda üç amil mühüm rol oynadı.

Milli Məclisin deputatı Azər Badamov AZƏRTAC-a açıqlamasında Qələbəni şərtləndirən birinci amil kimi ölkənin iqtisadi asılılığının olmamasını göstərib. O deyib: “Prezident İlham Əliyevin apardığı düşünülmüş iqtisadi siyasət Azərbaycanı yardım alan ölkədən kömək edən ölkəyə çevirib. Dövlətimizin başçısının Azərbaycanın bütün regionlarının inkişafına eyni dərəcədə diqqət ayırması ölkəmizin hərtərəfli tərəqqisinə geniş imkanlar açıb. Əhalinin sosial rifahının yaxşılaşdırılması istiqamətində geniş addımlar atılıb, böyük valyuta ehtiyatları formalaşdırılıb. İqtisadi gücümüzün yetərincə olması isə ordumuzun müasirləşdirilməsinə imkan verdi.

Möhtəşəm Zəfərin qazanılmasında rol oynayan ikinci amil ölkəmizdə vətənpərvərlik ruhunun yüksək olmasıdır. Dövlətimizin başçısı ictimaiyyətin nümayəndələri ilə görüşlərində gənclərin vətənpərvərlik ruhunda tərbiyə edilməsini ön plana çəkir və torpaqlarımızın işğalı ilə heç vaxt barışmayacağımızı və tezliklə Şuşada üçrəngli bayrağımızı dalğalandıracağımızı qeyd edirdi. 1990-cı illərin əvvəllərində dünyaya gələn və erməni vəhşiliklərini görə-görə, öyrənə-öyrənə böyüyən gənc nəsildə Vətənə sevgi, düşmənə nifrət hissləri yüksək səviyyədə formalaşdı. Hər kəs tezliklə torpaqlarımızın azad ediləcəyi və erməni işğalına son qoyulacağı notlarına kökləndi. Ermənilərin hər bir təxribatına qarşılıq olaraq xalqımız ayaqlandı və Ali Baş Komandana səfərbər olmaq istədiyini bildirdi. Bunun kulminasiya nöqtəsi isə Tovuz hadisələri oldu. 2020-ci ilin iyul ayının ortalarında Ermənistan silahlı qüvvələrinin bölmələri Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz rayonu istiqamətində atəşkəs rejimini kobud şəkildə pozaraq mövqelərimizi ələ keçirmək məqsədilə hücuma keçməyə cəhd göstərdilər. Dövlət sərhədində düşmənin törətdiyi təxribatın qarşısının alınması ilə bağlı görülən təxirəsalınmaz tədbirlər nəticəsində hücumun qarşısı alındı. Ordumuz düşmənə layiqli cavab verərək və xeyli canlı qüvvəsini məhv edərək onları geri oturtdu. Avqustun sonlarında isə düşmənin Goranboy rayonu istiqamətində göndərdiyi diversiya-kəşfiyyat qrupu Azərbaycan Ordusu tərəfindən zərərsizləşdirildi, düşmən itki verərək geri çəkildi, diversiya qrupunun komandiri isə əsir götürüldü. Ermənilərin təxribatları zamanı vətəndaşlar hərbi komissarlıqlara axışır və müharibəyə könüllü getmək üçün qeydiyyatdan keçirdilər. Hər kəs torpaqlarımızı işğaldan azad etmək üçün ön cəbhəyə can atırdı. Ötən ilin payızında isə bütün dünya xalqımızın savaş ruhuna, döyüşkənliyinə bir daha şahid oldu. Ali Baş Komandanın bir çağırışına nəinki ölkə əhalisi səfərbər oldu, hətta dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımız da Vətənin müdafiəsinə hazır olduqlarını bildirdilər. Xalqımız əsl milli birlik və həmrəylik nümayiş etdirdi. Bu, xalqımızda formalaşmış yüksək vətənpərvərlik ruhunun göstəricisi idi”.

Deputat Qələbənin qazanılmasına rəvac verən üçüncü amilin isə ordumuzun yüksək döyüş hazırlığı olduğunu deyib. O bildirib ki, Prezident İlham Əliyev bütün beynəlxalq tədbirlərdə torpaqlarımızın işğal altında qalması ilə heç vaxt barışmayacağımızı dəfələrlə qeyd edərək, münaqişənin danışıqlar yolu ilə həllini tapmayacağı təqdirdə, ərazi bütövlüyümüzü müharibə yolu ilə bərpa edəcəyimizi bildirirdi. Bununla yanaşı, ordunun maddi texniki bazasının müasirləşməsi, yeni hərbi silahların alınması, hərbi qulluqçuların peşəkarlığının artırılması istiqamətində tədbirlər görülürdü. Ordumuz və xalqımız müharibəyə tam hazır idi və Ali Baş Komandanın əmrini gözləyirdi. Nəhayət həmin an yetişdi və rəşadətli Azərbaycan Ordusu savaş meydanında öz sözünü deməyə başladı. Müharibə dövründə bütün xalq siyasi baxışlarından asılı olmayaraq, monolit birliyə çevrildi və hamı eyni nöqtəyə vurdu. Arxa cəbhədəkilər “hər şey cəbhə üçün” amalı ilə çalışdılar, Ordumuz isə hər gün qarış-qarış irəlilədi. 44 günlük müharibə dövründə ölkəmizə xarici təzyiqlər də artmışdı. Lakin Prezident İlham Əliyevin xarici mətbuata verdiyi müsahibələr Azərbaycanın niyyətini dünyaya çatdırdı. Dünya ictimaiyyəti bir daha əmin oldu ki, Azərbaycan haqq-ədaləti bərpa edir və beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində öz ərazi bütövlüyünü təmin edir.

“Şanlı ordumuz öz şücaəti və əzmkarlığı ilə ermənilərin öz ordusu ətrafında yaratdığı məğlubedilməzlik mifini və “Azərbaycan xalqı döyüşkən deyil” düşüncələrini darmadağın etdi. Qırx dörd günlük müharibə bir daha sübut etdi ki, hansı xalq döyüşkəndir, hansı fəraridir. Həmin dövrdə ermənilər 10 mindən çox fərarisinin olduğunu etiraf etdiyi halda Azərbaycanda bir nəfər də olsun fərari olmadı. Əli silah tutan hər bir vətəndaş vuruşub düşməni torpaqlarımızdan çıxartmaq və ərazi bütövlüyümüzü bərpa etmək əzmində idi. Bu, belə də oldu. Hərbçilərimizin mübarizliyi, xalqımızın həmrəyliyi noyabrın 10-da ermənilərin dizini yerə qoydu və Paşinyan kapitulyasiya sənədinə imza atmağa məcbur oldu. Üçtərəfli Bəyanatın imzalanmasından sonra hərbi əməliyyatlar dayandırıldı və Kəlbəcər, Laçın və Ağdam güllə atılmadan, şəhid verilmədən azad edildi. Şanlı Ordumuz düşmənin hərbi birləşmələrini elə darmadağın etdi, onlara elə savaş dərsi verdi ki, ermənilərin yenidən güc toplayıb ordu halına gəlməsi üçün hələ neçə onilliklər lazım olacaq. Bu, Azərbaycanın Böyük Qələbəsi idi. Bu qələbəni bizə yaşadan vaxtında və düzgün qərarlar qəbul edən Müzəffər Ali Baş Komandan, rəşadətli ordumuz, xalqımızın milli birliyi və həmrəyliyi oldu. Bir yumruq kimi birləşməyimiz Azərbaycanın həmişə nailiyyətlərə imza atmasına və üzləşdiyi çətinliklərdən qalib çıxmasına yol açacaq”, - deyə A.Badamov fikirlərini yekunlaşdırıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Mətbuat xidmətlərinin rəhbərləri üçün “Böhran kommunikasiyası” mövzusunda təlim təşkil olunub

Azərbaycan Kubokunun yarımfinalında məhsuldarlıq rekordu yenilənib

DİM sertifikasiya imtahanı materiallarının hazırlanması üçün mütəxəssisləri əməkdaşlığa dəvət edir

Paytaxtda müxtəlif təyinatlı kəsici-deşici alətlər satan şəxslər saxlanılıblar

DİN: Ötən gün ölkə ərazisində 63 cinayətin üstü açılıb

“Toyota” ötən maliyyə ilində avtomobil istehsalında rekord vurub

Azərbaycan nefti bahalaşıb

Azərbaycan-Rusiya münasibətləri yeni hədəflərimizə çatmağa töhfə verəcək – ŞƏRH

Bakının bir sıra yollarında sıxlıq müşahidə olunur - SİYAHI

Blinken: ABŞ və Çin ikitərəfli münasibətlərə məsuliyyətlə yanaşmalıdır

Dövlət Departamenti: ABŞ hərbçilərinin Nigerdən çıxarılması ilə bağlı müzakirələr başlayır

Vaşinqtonda “erməni soyqırımı” yalanlarına qarşı dinc aksiya keçirilib

“Gəncə və gəncəlilər” layihəsi növbəti dəfə Xalq artisti Fikrət Verdiyevə həsr olunub

Türkiyə kosmik düşərgəsində Vətən müharibəsinin şəhid uşaqları üçün kvota ayıracaq

Ağ ev: Rusiya nüvə başlığı daşıya bilən peyk hazırlayır

Londonda süvari birliyindən qaçan atlar dörd nəfəri yaralayıb

Yaşıl zonalardakı həyat həyəcan və depressiya riskini azaldır

Avropa Komissiyası Ukraynaya 1,5 milyard avroluq daha bir tranş ayırıb

Azərbaycanlı rejissorun ekran əsəri Kann Film Festivalının qısametrajlı filmlər müsabiqəsinə seçilib

Türk dövlətlərinin peykləri bütün TDT ölkələrinin xeyrinə istifadə edilə bilər

“İrs” jurnalının xorvat dilində ilk buraxılışının təqdimatı olub

Türkiyə Kuboku: “Trabzonspor” cavab matçına sərfəli nəticə ilə yollanacaq

İtaliya Kubokunda ikinci finalçının adı məlum olub

Premyer Liqa: “Liverpul” çempionluq yolunda vacib xal itirib

Husilər tərəfindən iki ticarət gəmisi və bir Amerika esminesi hücuma məruz qalıb

“Məhşər Divanı: Yalanın 17 anı” kitabında yalançı erməni tarixindən bəhs edilir

Tərtərdə “Şahin” hərbi-idman oyununun zona birinciliyinin qalibi müəyyənləşib

Bakıda Rusiya Kinosu Günlərinin təntənəli açılış mərasimi olub

Üzgüçülük üzrə açıq Azərbaycan çempionatı start götürüb

COP29 Sədrliyi ölkə pavilyonlarının təşkili üzrə müraciətlərin qəbuluna başlayıb

XİN: Azərbaycan BMT-nin insan hüquqları sahəsində müvafiq müqavilə qurumları ilə əməkdaşlığa böyük önəm verir

Qurban Qurbanov: Finala vəsiqə qazanmaq xoş hissdir

DOST Agentliyində Keniya nümayəndə heyəti ilə görüş olub

“Neftçi”nin baş məşqçisi: Birinci oyundakı nəticə hər iki komandaya təsir etmişdi

Milli İncəsənət Muzeyində “Gizli və aşkar” adlı fərdi sərgi açılıb

Daha bir boksçumuz Avropa çempionatında yarımfinala vəsiqə qazanıb

Azərbaycan Kuboku: “Qarabağ” “Neftçi”ni cavab oyununda da məğlub edərək finala yüksəlib

Bakıda Qırğız Mədəniyyəti Günlərinin açılış mərasimi olub

Qırğız Mədəniyyəti Günləri çərçivəsində Heydər Əliyev Mərkəzində sərgi açılıb

Özbəkistan media nümayəndələri DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində olublar

Azərbaycanın daha bir paraüzgüçüsü Avropa çempionatında qızıl medal qazanıb

ABŞ-ın Ukraynaya yeni hərbi yardım paketinin dəyəri bir milyard dollardır

Azərbaycan-Rusiya münasibətlərində yeni formatın konturları ŞƏRH

ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev forumda iştirak edib YENİLƏNİB -2 VİDEO

Ali qonağın şərəfinə dövlət ziyafəti  YENİLƏNİB VİDEO

Ərdoğan: Müdafiə sənayesinin inkişafı yolunda məhdudiyyətlər mövzusu gündəlikdən çıxarılmalıdır

ABŞ Prezidenti Ukraynaya hərbi yardım haqqında qanunu imzalayıb

Konstitusiya Məhkəməsinin Plenumunun iclasında Nəsimi Rayon Məhkəməsinin müraciəti əsasında konstitusiya işinə baxılıb

İraq Prezidenti COP29-da iştirak etməyə dəvət olunub

Azərbaycanın diplomatik nümayəndəliyi “El País” qəzetində Ermənistan səfirliyinin əsassız ittihamlarına cavab verib

Qazaxın 4 kəndinin qaytarılması tariximizə növbəti Zəfər səhifəsi yazdı - RƏY

Prezident İlham Əliyev və Prezident Sadır Japarov Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimində iştirak ediblər  YENİLƏNİB-2 VİDEO

Abbasqulu Ağa Bakıxanovun “Riyazül-Qüds” əsəri nəşr olunub

Baş nazirin müavini: Azərbaycan hər zaman özünü etibarlı tərəfdaş kimi göstərib

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 15 iyul tarixli 308 nömrəli Qərarı ilə təsdiq edilmiş “İlkin mediasiya sessiyası zamanı mediasiya xidmətinin göstərilməsinə görə haqqın və digər xərclərin məbləği”ndə və 2019-cu il 5 sentyabr tarixli 385 nömrəli Qərarı ilə təsdiq edilmiş “Mediasiya prosesinin həyata keçirilməsi Qaydası”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 6 noyabr tarixli 177 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət müəssisə və təşkilatlarının, habelə nizamnamə kapitalında dövlətin payı olan müəssisələrin balansında olan yararsız hala düşmüş, həmçinin oğurlanmış və ya naməlum şəraitdə itmiş əsas vəsaitlərin (fondların) silinməsi və bu vəsaitlərin söküntüsündən əldə edilən material qiymətlilərinin satışı üzrə Qaydalar”da dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsinin yaxşılaşdırılması tədbirləri haqqında” 2001-ci il 7 noyabr tarixli 179 nömrəli, “Dövlət məktəbəqədər təhsil müəssisələrində təhsilalanların sosial müdafiəsi Qaydası”nın təsdiq edilməsi haqqında” 2017-ci il 29 dekabr tarixli 622 nömrəli, “Uşaqların dövlət və bələdiyyə tərəfindən yaradılan ailə tipli kiçik qrup evlərinə qəbulu, qrup evlərini tərk etməsi, qrup evlərində xidmətin təşkili, həmçinin qrup evlərində uşaqların təminatı və yaşayış şəraitinə dair Qaydalar”ın təsdiq edilməsi haqqında” 2021-ci il 26 aprel tarixli 111 nömrəli və “Uşaqların dövlət və bələdiyyə tərəfindən yaradılan uşaq evləri sosial xidmət müəssisələrinə qəbulu, həmin müəssisələri tərk etməsi, uşaq evlərində xidmətin təşkili, həmçinin uşaq evlərində uşaqların təminatı və yaşayış şəraitinə dair Qaydalar”ın təsdiq edilməsi haqqında” 2021-ci il 26 aprel tarixli 112 nömrəli qərarlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Uşaqların dövlət və bələdiyyə tərəfindən yaradılan ailə tipli kiçik qrup evlərinə qəbulu, qrup evlərini tərk etməsi, qrup evlərində xidmətin təşkili, həmçinin qrup evlərində uşaqların təminatı və yaşayış şəraitinə dair Qaydalar”ın təsdiq edilməsi haqqında” 2021-ci il 26 aprel tarixli 111 nömrəli və “Uşaqların dövlət və bələdiyyə tərəfindən yaradılan uşaq evləri sosial xidmət müəssisələrinə qəbulu, həmin müəssisələri tərk etməsi, uşaq evlərində xidmətin təşkili, həmçinin uşaq evlərində uşaqların təminatı və yaşayış şəraitinə dair Qaydalar”ın təsdiq edilməsi haqqında” 2021-ci il 26 aprel .tarixli 112 nömrəli qərarlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Azərbaycan Dövlət Aqrar Universiteti” publik hüquqi şəxsin nəzdində “Gəncə Dövlət Aqrar Kolleci” publik hüquqi şəxsin yaradılması haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycanlı mütəxəssislər Beynəlxalq Kosmik Stansiyaya uçan ilk türk kosmonavtın elmi təcrübələri ilə maraqlanırlar

® “Bakcell” bütün ölkəni bulvardakı konsertə çağırır

Bərdə Peşə Liseyində orta məktəblərin rəhbərləri üçün infotur təşkil edilib

Azərbaycanın turizm imkanları Qazaxıstanda nümayiş olunur

Keniya “ASAN xidmət” konsepsiyası ilə maraqlanır

“Özbəkkosmos” kosmik texnologiyaları sahəsində Azərbaycanla əməkdaşlıq etməyə maraqlıdır

Azərbaycan Kubokunda ilk finalçı bəlli olub

“COP29 və Azərbaycan üçün Yaşıl Baxış” beynəlxalq forumu çərçivəsində Laçında keçirilən konfrans yekunlaşıb

Qırğızıstan Prezidenti Sadır Japarov Bakıda şəhidlərin xatirəsini anıb

BDU-da Karyera Festivalı keçiriləcək

Türk Dövlətləri Təşkilatının kosmik agentlik rəhbərlərinin üçüncü toplantısı keçirilir

Fransa aviaşirkətinə məxsus təyyarə Bakıya qəza enişi edib

Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzində “Açıq qapı” günü keçiriləcək

UNEC-də “Qondarma erməni soyqırımı: iddialar və faktlar” mövzusunda beynəlxalq konfrans keçirilir

Prezident İlham Əliyev və Prezident Sadır Japarov mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏNİB-2 VİDEO

Qırğızıstan Prezidenti Sadır Japarov Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib

Dövlət Proqramı çərçivəsində xaricdə bakalavriat və magistratura təhsili – vebinar

Naxçıvanda mobil rabitə siqnalları, televiziya və FM radio yayımlarının qəbul vəziyyəti monitorinq edilib

Mərkəzi Bankın sədri ABŞ-da maliyyə sahəsi ilə bağlı bir sıra görüşlər keçirib

Xarəzmli Şairə Şəmsin “Gözlərindəki bahar” poetik tablosu

ADPU-da Pedaqoji-psixoloji xidmət laboratoriyası açılıb

Azərbaycan-Əlcəzair enerji əməkdaşlığı müzakirə edilib

“COP29 və Azərbaycan üçün Yaşıl Baxış” beynəlxalq forumunun iştirakçıları Laçında Həkəri Balıq Təsərrüfatı ilə tanış olublar

Prokurorluq əməkdaşları Mir Cəlal Paşayevin İçərişəhərdə yaşadığı evi ziyarət ediblər

UNEC-in nəzdində Sosial İqtisadi Kollecdə qlobal istiləşmənin yaratdığı problemlər müzakirə olunub

Qazaxıstanda HTP çərçivəsində təqaüdlə təhsil imkanı

İsrail aviasiyası Livanın cənubuna 14 hava hücumu həyata keçirib

Ombudsman: Böyük Britaniyanın minatəmizləmə sahəsində Azərbaycana göstərdiyi dəstək yüksək qiymətləndirilir

Özbək şairin “Söz lətafəti” əsəri Azərbaycan dilində nəşr olunub

Azərbaycan və Gürcüstan voleybol sahəsində əməkdaşlığı genişləndirir

Aparılan monitorinq nəticəsində 53 baş heyvanda bruselyoz xəstəliyinin törədicisi aşkarlanıb

Bosniya və Herseqovina Rəyasət Heyətinin üzvü COP29-da iştiraka dəvət edilib

Respublikanın sabiq baş pediatrının intiharı ilə bağlı cinayət işi başlanılıb YENİLƏNİB

Xətai rayonunda restoranın fəaliyyəti məhdudlaşdırılıb

ƏƏSMN ictimai iştirakçılığın təmin edilməsi sahəsində fəaliyyətinə görə fəxri fərmanla təltif edilib

“COP29 və Azərbaycan üçün Yaşıl Baxış” forumu Bolqarıstan mətbuatının diqqət mərkəzində olub

Azərbaycan avarçəkəni Türkiyədə iki medal qazanıb

Fövqəladə Hallar Nazirliyinin yeni internet informasiya resursu istifadəyə verilib

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin komitə iclasında hökumətin hesabatı müzakirə olunub

Region Liqası: Final oyununun yeri və başlama saatı açıqlanıb

Şəmkir və Gəncə şəhərlərində “Güclü cəmiyyətin zərif simaları" layihəsi çərçivəsində görüşlər keçiriləcək