SİYASƏT


Deputat: Yeni bir tarixi dərs almaq istəmirlərsə, ermənilər təxribatlara son qoymalıdırlar

Bakı, 29 aprel, AZƏRTAC

Faşizm ideologiyasına xidmət edən Ermənistan Azərbaycanın onun üzərində Qələbəsini həzm edə bilmir. 44 günlük Vətən müharibəsində “Dəmir yumruq”la başı əzilən düşmən məğlubiyyətlə barışmaq istəmir. Dünyanın ən eybəcər və ən vandal faşizmi olduğu kimi, ermənisayağı revanşizm də olduqca təhlükəli və gözlənilməz ola bilər. Ona görə də Azərbaycan revanşistlərin başını “Dəmir yumruq”la əzməyə həmişə hazır olmalıdır və hazırdır.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu bildirib.

Prezident İlham Əliyevin daim öz çıxışlarında Azərbaycanın və dünyanın diqqətini bu məsələyə çəkdiyini və revanşistlərə qəti xəbərdarlıq etdiyini vurğulayan deputat deyib: “Hamıya aydındır ki, Ermənistanda belə qüvvələr var və onlar tək deyillər. Çünki revanşizmi xaricdən dəstəkləyən, erməni olan və olmayan digər güc mərkəzləri də var. Əgər belə olmasaydı, rəşadətli Azərbaycan Ordusu tərəfindən darmadağın edilən, faktiki olaraq diz çökdürülən ermənilər revanşizmə cəhd etməyə cəsarət etməzdilər. Elə Zəngilan rayonunun Seyidlər kəndi istiqamətində bizim sərhəd qoşunlarımıza atəş açılması da bunu təsdiq edir”.

Hikmət Babaoğlu diqqətə çatdırıb ki, Azərbaycan Prezidenti ermənilərin bu alçaq hərəkətinə də elə Zəngilandan, orada xidməti istifadə üçün açılan sərhəd zastavasından cavab verdi. Dövlətimizin başçısı düşmənə son və qəti xəbərdarlıq etdi. Bu xəbərdarlıq ermənilərlə bərabər onların havadarlarına da edilən xəbərdarlıq idi. Şəxsi heyət qarşısında çıxış edən Müzəffər Ali Baş Komandan birmənalı olaraq bildirdi ki, əgər bir də belə şey təkrarlanarsa, düşmən yerindəcə məhv ediləcək.

Deputat deyib: “Düşmənin yerindəcə necə məhv edildiyini isə ermənilər çox yaxşı bilirlər. Çünki 44 günlük Vətən müharibəsində bunu əyani şəkildə görüblər və tarixləri boyu unutmayacaq bir dərs alıblar. Əgər ermənilər yeni bir tarixi dərs almaq istəmirlərsə, təxribatlara son qoymalıdırlar.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.