SİYASƏT


Deputat Yuliya Qrişina: Müharibə dönəmində də azərbaycanlıların Ukraynaya aktiv dəstəyini görürük

Kiyev, 5 oktyabr, AZƏRTAC

Müharibə dönəmində Azərbaycan dövləti Ukraynaya humanitar yardımlarını davam etdirir. Bu, bir daha onu göstərir ki, Azərbaycan Ukraynanın ərazi bütövlüyü və suverenliyinə hörmətlə yanaşır.

Bu fikri AZƏRTAC-a məxsusi müsahibəsində Ukrayna Ali Radasının deputatı, hakim “Xalqın xidmətçisi” fraksiyasının üzvü Yuliya Qrişina söyləyib.

“Müharibənin ilk günlərindən Azərbaycan dövlətinin, burada yaşayan azərbaycanlıların, diaspor fəallarının aktiv dəstəyini görürük. Buna görə Azərbaycan xalqına təşəkkürümü bildirirəm”, - deyə deputat əlavə edib.

Yuliya Qrişina, həmçinin SOCAR-ın Ukraynadakı nümayəndəliyinin fəaliyyətini də təqdirəlayiq qiymətləndirib.

“SOCAR Energy Ukraine” müharibə başlayandan bəri Ukraynada təcili tibbi yardım, Fövqəladə Hallar Dövlət Xidmətinin avtomobillərini pulsuz yanacaqla təmin edir. Bu, müharibə dönəmində olduqca qiymətli addımdır”, - deyə Yuliya Qrişina vurğulayıb.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.