SİYASƏT
Deputatlığa namizədin DSK-nın hərəkəsizliyi ilə bağlı şikayəti təsdiqini tapmadığından təmin edilməyib
Bakı, 17 fevral, AZƏRTAC
Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında 125 saylı Zəngilan-Qubadlı seçki dairəsindən deputatlığa namizəd Anar Əsədlinin şikayətinə baxılıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında komissiyanın üzvü Tofiq Qasımov məlumat verib.
MSK üzvü deyib ki, A.Əsədli dairə seçki komissiyasının hərəkətsizliyindən şikayət edib. Araşdırma zamanı namizədin şikayəti öz təsdiqini tapmayıb. Qərarın surəti fevralın 15-də namizədin səlahiyyətli nümayəndəsinə təqdim edilib. A.Əsədlinin daha geniş məntəqələri əhatə edən müraciətinə isə özünün iştirakı ilə MSK-da baxılacaq. Hərəkətsizliklə bağlı məsələ öz təsdiqini tapmadığından şikayət təmin edilməyib.