SİYASƏT
“Der Freitag” qəzetində alman şərqşünas Mixael Raynhard Hesin müsahibəsi çap olunub
Berlin, 31 oktyabr, AZƏRTAC
“Der Freitag” qəzetində alman şərqşünas Mixael Raynhard Hesin müsahibəsi çap olunub.
Müsahibədə bildirilir ki, Dağlıq Qarabağda Ermənistan və Azərbaycan arasında bir aydır döyüşlər gedir. Münaqişənin uzun tarixçəsi mövcuddur və bölgə uğrunda dəfələrlə hərbi əməliyyatlar baş verib. 30 il bundan öncə Azərbaycan torpaqlarının 20 faizi Ermənistanın silahlı qüvvələri tərəfindən işğal olunub və təxminən 1 milyon azərbaycanlı öz yurd-yuvalarından didərgin salınıb. BMT-nin Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələr işğal olunmuş ərazilərin dərhal Azərbaycana qaytarılmasını tələb edir.
Məqalədə, həmçinin Ermənistan-Azərbaycan sərhədindəki vəziyyətlə bağlı fikirlər bölüşülür, münaqişənin təhlilində Almaniyada qeyri-neytral jurnalistika probleminə toxunulur, eləcə də Ermənistan tərəfindən törədilmiş müharibə cinayətlərinin, Azərbaycan torpaqlarının işğal edilməsinin və təxminən 1 milyon insanın məcburi köçkün düşməsinin alman mətbuatında lazımınca işıqlandırılmamasının səbəbləri izah olunur.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin