RƏSMİ XRONİKA


Dərbənd İncəsənət və Mədəniyyət İnstitutunun rektoru, professor, RF Federal Məclisi Federasiya Şurasının üzvünün köməkçisi, Şəhər Məclisinin deputatı, RF Əməkdar Mədəniyyət İşçisi Həsən Mirzəyevdən

Hörmətli İlham Heydər oğlu,

Yenidən Azərbaycan Respublikası Prezidenti seçilməyiniz münasibətilə ən səmimi təbriklərimi qəbul edin.

Seçkilərdə inamlı qələbəniz Sizin həm ölkə daxilində, həm də onun hüdudlarından kənarda gündən-günə artan şəxsi nüfuzunuzun təsdiqidir.

Sizin yürütdüyünüz siyasət sayəsində Azərbaycan Respublikası beynəlxalq arenada daha yüksək səviyyəyə çatmış, ölkənin iqtisadiyyatda, mədəniyyətdə, idmanda və digər sahələrdə uğurları daha inamlı olmuşdur.

Biz, qədim Dərbənd sakinləri üçün prezident seçkilərində Sizin qələbəniz xüsusi əhəmiyyət kəsb edir, çünki bizim dövlətlərimiz üçün mehriban qonşuluq münasibətləri dəyərli və əzizdir.

Sizin yeni prezidentliyiniz dövründə Dağıstan ilə Azərbaycanın dostluğu daha da möhkəmlənəcək və inkişaf edəcək, iqtisadi və mədəni əlaqələrin dinamikası artacaqdır.

Dost Azərbaycanın firavanlığı və çiçəklənməsi naminə ali dövləti fəaliyyətinizdə Sizə uğurlar arzulayıram.

Hörmətlə,

Həsən Mirzəyev

Dərbənd İncəsənət və Mədəniyyət İnstitutunun rektoru,

professor, RF Federal Məclisi Federasiya Şurasının

üzvünün köməkçisi, Şəhər Məclisinin deputatı,

RF Əməkdar Mədəniyyət İşçisi

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin