REGİONLAR
Dərbənd teatrı xaçmazlı tamaşaçılara “Ac həriflər”i təqdim edib VİDEO
Xaçmaz, 14 may, Elxan Yusifli, AZƏRTAC
Dağıstan Mədəniyyəti Günləri çərçivəsində Dərbənd Azərbaycan Dövlət Dram Teatrı xaçmazlı tamaşaçıların görüşünə gəlib.
AZƏRTAC xəbər verir ki, kollektiv Heydər Əliyev adına Xaçmaz rayon Mədəniyyət Mərkəzində teatrsevərlərə Əbdürrəhim bəy Haqverdiyevin “Ac həriflər” tamaşasını təqdim edib.
Dərbənd Azərbaycan Dövlət Dram Teatrının Teatrın baş rejissoru Ər-Toğrul Kamalov bildirib ki, tamaşada 12 nəfərlik aktyor heyəti iştirak edir. Əsərdə müəyyən dəyişikliklər edilərək hadisələrin baş verdiyi dövrlə indiki zaman arasında əlaqə yaradılıb. Musiqi tərtibatı Dağıstanın əməkdar artisti Sevda Bəybalayevaya məxsus tamaşanın quruluşçu rəssamı Naidə Alimətovadır.
Xaçmazlı teatrsevərlər tərəfindən maraqla qarşılanan tamaşa ölkəmizin digər regionlarında eləcə də Bakı şəhərində nümayiş etdiriləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.04.2024 [18:52]
İqtisadiyyat nazirinin müavini Naxçıvanda vətəndaşların müraciətini dinləyib
- 19.04.2024 [18:50]
ADSEA sədri Zaqatalada vətəndaşlarla görüşüb
- 19.04.2024 [18:15]
“Güclü cəmiyyətin zərif simaları” layihəsinə start verilib
- 19.04.2024 [17:38]
Sumqayıtda “Heydər Əliyev irsi” kitabının təqdimatı keçirilib
- 19.04.2024 [15:06]