MƏDƏNİYYƏT


Dərbənddə “Nəsimi ili-Nəsimi dili” tamaşası təqdim olunub

Bakı, 12 iyun, AZƏRTAC

Dərbənddə Bakı Uşaq Teatrının böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illiyinə həsr olunmuş “Nəsimi ili-Nəsimi dili” kompozisiya- tamaşası təqdim olunub.

Mədəniyyət Nazirliyindən AZƏRTAC-a bildirilib ki, uşaq teatrının bu qədim şəhərə qastrol səfəri Dərbənddəki Azərbaycan Dövlət Dram Teatrının (ADDT) və Dərbənd Azərbaycanlılarının Milli-Mədəni Muxtariyyətinin dəvəti ilə baş tutub. Dram Teatrının direktoru Firdovsi Əsgərov, quruluşçu rejissoru Yaqut Xandadaşova, Dərbənd Şəhəri Dairəsi Administrasiyasının başçısının müavini Vidadi Zeynalov, şəhər mədəniyyət, idman, gənclər siyasəti və turizm idarəsinin baş mütəxəssisi Gülpəri Mirzəbalayeva, Dərbənd Azərbaycanlılarının Milli-Mədəni Muxtariyyətinin sədri Telman Tahirli qastrola gəldiklərinə, öz sənətkarlıqlarını nümayiş etdirdiklərinə, Nəsimi poeziyasına bir daha dalmaq imkanı yaratdıqlarına görə Bakı Uşaq Teatrının kollektivinə minnətdarlıqlarını bildiriblər.

F.Əsgərov Dərbəndlə mədəni əlaqələrinə verdikləri töhfəyə görə Bakı Uşaq Teatrının direktoru İntiqam Soltana və kollektiv üzvlərinə təşəkkürnamə təqdim edib.

İ.Soltan, öz növbəsində, direktor F.Əsgərova, baş rejissor Sərvər Əliyevə, Dağıstan Respublikasının Əməkdar artisti Əlimövsüm Abasova, aktyor Sərxan Səmədova, Dərbənd Azərbaycanlılarının Milli-Mədəni Muxtariyyətinin sədri Telman Tahirliyə diplomlar təqdim edib.

Tədbir tamaşaçıların marağına səbəb olub və alqışlarla qarşılanıb.

Xatırladaq ki, bu ilin aprelində paytaxtımızda Bakı Uşaq Teatrı tərəfindən görkəmli şair və mütəfəkkir İ.Nəsiminin yubileyi münasibətilə keçirilən beynəlxalq “Nəsimi ili – Nəsimi dili” festivalında müxtəlif ölkə və şəhərlərin teatr kollektivləri, o cümlədən Dərbəndin Azərbaycan Dövlət Dram Teatrı da iştirak etmişdi.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.