MƏDƏNİYYƏT


Dərbənddə azərbaycanlı mütəxəssislərin iştirakı ilə nadir əl xalçaları muzeyi yaradılacaq

Bakı, 20 sentyabr, AZƏRTAC

Sentyabrın 20-də “Dərbənd şəhəri” şəhər dairəsinin rəhbəri Xizri Abakarov “Azərxalça” Açıq Səhmdar Cəmiyyəti İdarə heyətinin sədri, professor Vidadi Muradov ilə görüşüb.

AZƏRTAC “Derbentskiye novosti” qəzetinə istinadla xəbər verir ki, Vidadi Muradov Dərbənd şəhərinin rəhbərinə bu şəhərdə əl işi olan nadir xalçalar sərgilənəcəyi Etnoqrafiya Muzeyi yaradılması ideyasını təqdim edib. Muzeyin layihəsi təcrübəli memar Faxruddin Mirabayev tərəfindən yaradılıb. Xizri Abakarov bu memarla cari ilin mart ayında Bakıda rəsmi səfəri dövründə tanış olub.

Etnoqrafiya Muzeyi tikintisi üçün Dərbənd şəhərinin seçilməsi təsadüfi deyil. Dərbənddə minilliklər boyu xalça sənəti ilə məşğul olublar. Bu şəhərin xalçaları ta qədim dövrdən məşhurdur. “Bahar xalçası” əfsanəsinə görə hazırda dünyada mövcud olan ən qədim xalça VI əsrdə məhz Dərbənddə toxunulub.

Vidadi Muradov bildirib ki, nadir qədim xalçalar kolleksiyası artıq hazırdır. Bu xalçaların hər birinin sertifikatı olduğunu vurğulayan professor Muradov qeyd edib ki, qədim xalçaçılıq sənətinin qorunub saxlanması üçün müvafiq ənənələrin dirçəldilməsi və populyarlaşdırılması çox vacibdir.

Xizri Abakarov layihəni təhlil edərək bildirib ki, Dərbənd şəhər administrasiyası bu layihənin reallaşdırılması üçün investor tapacaq və Etnoqrafiya Muzeyinin yerləşəcəyi ərazini müəyyən edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.