MƏDƏNİYYƏT


Dərbənddə dahi Nizami Gəncəvinin abidəsi ucaldılacaq

Moskva, 18 sentyabr, AZƏRTAC

Rusiyanın Dağıstan Respublikasının Dərbənd şəhərində dahi Azərbaycan şairi Nizami Gəncəvinin abidəsi ucaldılacaq.

AZƏRTAC xəbər verir ki, abidənin Nizami Gəncəvinin adını daşıyan parkda 2020-ci ildə ucaldılması nəzərdə tutulub. Bu vaxtadək park bütövlükdə yenidən qurulacaq.

Dərbənd şəhərinin Memarlıq və Şəhərsalma İdarəsinin rəisi İsa Maqomedov jurnalistlərə bildirib ki, bürünc abidənin hazırlanmasına artıq bu il başlanacaq.

Bir neçə ay əvvəl Dağıstanda Nizami Gəncəvinin abidəsinin hazırlanması üçün müsabiqə elan edilmişdi. Mahaçqaladan olan heykəltəraş Məhəmmədəli Əliyevin eskizləri müsabiqənin münsiflər heyəti tərəfindən bəyənilmişdi. Eskizlərdə Nizami Gəncəvi əlində qələm və kağızla əks olunub.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.