CƏMİYYƏT


Dəridə yaranan ləkələr və onunla mübarizə

Bakı, 2 iyul, AZƏRTAC

Dəridə yaranan ləkələr müxtəlif səbəblərdən meydana gələ bilir. Əksər hallarda yaş artdıqda yaranan həmin ləkələr kompleks yaşamağa səbəb olur. Xüsusilə üz nahiyəsində yaranan ləkələr daha çox narahatlıq doğurur.

AZƏRTAC xəbər verir ki, həkim-kosmetoloq Gülnar Zeynallı deyib: “Ləkələr orqanizmdə xolesterinin yüksəkliyi, Günəşin ultrabənövşəyi şüalarının təsiri nəticəsində və hamiləlik dövründə yarana bilər. Həkim xəstədən anamnez topladıqdan sonra ağırlaşma baş verməmiş müalicəyə başlayır. Hamiləlik dövründə hormonal dəyişikliklər zamanı da ləkələrin artımı müşahidə edilir”.

Ləkələri müalicə etmək mümkündür, lakin əvvəlcə onun yaranma səbəbləri təhlil olunmalıdır. Düzgün müalicə doğru diaqnozdan başlayır.

“Əvvəllər bu proses uzun davam etsə də, indi müasir lazer aparatları vasitəsilə bunu daha tez aradan qaldırmaq olur. Bəzi hallarda inyeksion prosedurlar vasitəsilə ləkələri aradan qaldırmaq mümkündür. Bəzi hallarda yaşı az olanlarda heç bir müdaxilə etmədən, müalicəvi krem və mazlardan istifadə edərək ləkələri təmizləmək mümkün olur”,- deyə həkim-kosmetoloq bildirib.

Piqment ləkələri ilə qarşılaşdıqda xoşagəlməz hallarla üzləşməmək üçün vaxtında mütəxəssisə müraciət edilməlidir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.