CƏMİYYƏT


Dərman preparatları və tibbi ləvazimatların qanunsuz yolla ölkəyə gətirilməsi cəhdinin qarşısı alınıb

Bakı, 6 avqust, AZƏRTAC

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin əməkdaşları külli miqdarda dərman preparatları və tibbi ləvazimatların qanunsuz yolla ölkə ərazisinə gətirilməsi cəhdinin qarşısını alıblar.

Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən AZƏRTAC-a bildirilib ki, İstanbul-Bakı aviareysi ilə gələn Azərbaycan vətəndaşına məxsus baqajlar “T1 Terminalı”nın bunkerində rentgen aparatından keçərkən monitorda şübhəli cizgilər müşahidə edildiyindən baqajların üzərinə xüsusi işarələnmiş qırmızı lent vurulub. Lakin sərnişin gəliş zalındakı lentin üzərindən baqajları götürdükdən sonra qırmızı lenti qoparıb və gömrük nəzarəti zonasını “Yaşıl Kanal” buraxılış sistemindən istifadə etməklə keçmək istəyib. Gömrükçülər tərəfindən “Qırmızı Kanal”a yönləndirilən şəxsin baqajları rentgen aparatından keçirilən zaman monitorda şübhəli əşyaların təsviri görünüb. Bundan sonra sərnişin yoxlama otağına dəvət olunub. Yoxlama zamanı vətəndaşa məxsus 2 ədəd çamadan və 1 ədəd əl çantasının içərisindən gömrük orqanına bəyan olunmayan stomatologiya sahəsində istifadə edilən 34 adda, külli miqdarda tibbi ləvazimatlar, maddələr və dərman preparatları aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.