CƏMİYYƏT


Dərman preparatlarının gömrük nəzarətinə bəyan edilmədən keçirilməsi cəhdinin qarşısı alınıb

Bakı, 8 sentyabr, AZƏRTAC

Dərman preparatlarının gömrük nəzarətinə bəyan edilmədən keçirilməsi cəhdinin qarşısı alınıb.

Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən AZƏRTAC-a bildirilib ki, Qərb Ərazi Baş Gömrük İdarəsinin “Qırmızı Körpü” gömrük postunda Gürcüstan istiqamətindən gələn “Mercedes-Benz” markalı yük nəqliyyat vasitəsi saxlanılıb. Gömrük baxışı zamanı nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən 2 ədəd planşet, 730 ədəd müxtəlif adda dərman preparatı aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.