Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

Dərman vasitəsinin idxalı barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

Koronavirus (COVID-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması və bu sahədə immunizasiya tədbirlərinin həyata keçirilməsi məqsədilə “Dərman vasitələri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 6 fevral tarixli 528 nömrəli Fərmanının 2.1-ci bəndinə uyğun olaraq:

1. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə Rusiya Federasiyasının “HUMAN VACCINE” MMC Şirkəti arasında imzalanmış dərman vasitəsinin tədarükünə dair təchizat Sazişinə əsasən 300 000 (üç yüz min) doza “Sputnik V” dərman vasitəsinin Azərbaycan Respublikasına idxalı 180 (yüz səksən) gün müddətində həyata keçirilsin.

2. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi bu Sərəncamdan irəli gələn məsələlərin həllini təmin etsin.

3. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

 

Azərbaycan Respublikasının Baş naziri

Əli Əsədov

Bakı şəhəri, 11 mart 2021-ci il

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin