ELM VƏ TƏHSİL
“Dərs vaxtı” proqramı çərçivəsində “Nizami dərsləri” yayımlanacaq
Bakı, 13 yanvar, AZƏRTAC
Növbəti həftədən etibarən “Dərs vaxtı” proqramı çərçivəsində “Nizami dərsləri” yayımlanacaq.
Təhsil Nazirliyindən AZƏRTAC-a bildirilib ki, “Nizami Gəncəvi İli” ilə əlaqədar yayımı nəzərdə tutulan “Nizami dərsləri”ndə şagirdlər klassik Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi və mütəfəkkiri Nizami Gəncəvinin yaradıcılığı ilə tanış ola biləcəklər.
Qeyd edək ki, "Dərs vaxtı" proqramı Təhsil Nazirliyinin təşkilatçılığı ilə "Mədəniyyət" və "ARB Günəş" telekanallarında yayımlanır. “Dərs vaxtı”na ekran qarşısında baxa bilməyənlər keçirilmiş dərsləri Təhsil Nazirliyinin rəsmi “YouTube” kanalı ilə yanaşı, “Dərs vaxtı”nın “Facebook” səhifəsindən, eyni zamanda, videodərslər portalından (https://video.edu.az/) izləyə bilərlər.