ELM VƏ TƏHSİL


“Dərs vaxtı”nda cədvələ uyğun mövzular təqdim olunub

Bakı, 9 sentyabr, AZƏRTAC

“Mədəniyyət” və “ARB Günəş” telekanallarında yayımlanan “Dərs vaxtı” proqramı sentyabrın 9-u üçün nəzərdə tutulan cədvələ uyğun təqdim olunub.

Təhsil Nazirliyindən AZƏRTAC-a bildirilib ki, proqramda Azərbaycan bölməsi üzrə V siniflər üçün fiziki tərbiyə, Azərbaycan dili, riyaziyyat, VI siniflər üçün Azərbaycan dili, riyaziyyat, ingilis dili və müəllimdən məktub, rus bölməsi üzrə III siniflər üçün rus dili və riyaziyyat fənlərindən dərslər təqdim olunub.

Təhsil Nazirliyi dərs cədvəlinə diqqət etməyi, mövzuları “Dərs vaxtı”nda öyrənməyi tövsiyə edir. Çünki şagirdlər üçün teledərslər ən yaxşılardan öyrənmək üçün əlavə və unikal imkandır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.