ELM VƏ TƏHSİL


Dərslər epidemioloji vəziyyətdən və şagird sıxlığından asılı olaraq müəyyən edilmiş qaydada təşkil olunacaq

Bakı, 7 sentyabr, AZƏRTAC

Dərslər epidemioloji vəziyyətdən və məktəbdə şagird sıxlığından asılı olaraq müəyyən edilmiş qaydada təşkil olunacaq.

Təhsil Nazirliyindən AZƏRTAC-a bildirilib ki, tədris planlarında fənlərin tədrisinə ayrılmış saatlar (dərsdənkənar məşğələlər üçün nəzərdə tutulmuş saatlar da əlavə edilməklə) əyani və distant olmaqla tədris ediləcək. Şagirdlərə əyani formada tədris edilməyən mövzular teledərslər və “Virtual məktəb” üzərindən keçirilən distant dərslərlə əvəzlənəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.