ELM VƏ TƏHSİL


Dərsliklərin monitorinqi aparılır

Bakı, 4 yanvar, AZƏRTAC

Elmi-metodik seminarlarda respublikanın ümumtəhsil müəssisələrində istifadədə olan 5-11-ci siniflər üzrə dərsliklərin monitorinqinə başlanılıb.

Dövlət İmtahan Mərkəzindən AZƏRTAC-a bildirilib ki, 6-cı sinif üçün “Biologiya”, 6 və 10-cu siniflər üçün “Ümumi tarix” dərsliklərinin müzakirəsi aparılıb.

Seminarlarda Bakı, Sumqayıt şəhərlərinin və bir neçə rayonun ali və tam orta təhsil müəssisələrinin müəllimləri, metodistlər və Azərbaycan Milli Elmlər Akademiyasının müvafiq sahələr üzrə mütəxəssisləri iştirak ediblər.

Biologiya fənni üzrə seminarda biologiya üzrə fəlsəfə doktoru Tariyel Eybətov, tarix fənni üzrə seminarda isə Bakı şəhəri 202 nömrəli tam orta məktəbin müəllimi Nuriyyə Hümmətova dərsliklərlə bağlı təqdimatlar ediblər. Seminar iştirakçıları dərsliklər haqqında fikir və təkliflərini bildiriblər.

Müzakirələr nəticəsində dərsliklərdə üst-üstə düşməyən faktlar, mübahisəli məqamlar, təlim materiallarındakı uyğunsuzluqlar müəyyənləşdirilib. Bu qeydlər bankın təkmilləşdirilməsində və yeni tapşırıqların hazırlanmasında nəzərə alınacaq.

Növbəti seminarlarda müzakirələr davam etdiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.