ELM VƏ TƏHSİL


Dərsliklərin qiymətləndirilməsi sahəsində mütəxəssis xidməti

Bakı, 29 iyul, AZƏRTAC 

Ümumtəhsil müəssisələri üçün nəzərdə tutulan dərsliklərin qiymətləndirilməsi sahəsində mütəxəssis xidmətləri tələb olunur.

Təhsil Nazirliyindən AZƏRTAC- a bildirilib ki, dərsliklərin qiymətləndirilməsi “Ümumi təhsil müəssisələri üçün dərsliklərin, dərs vəsaitlərinin və digər tədris-metodik vasitələrin hazırlanması Qaydası”na əsasən 100 ballıq şkala əsasında həyata keçirilir. Seçilmiş mütəxəssislər dərsliyin təhsil proqramına (kurikuluma) uyğunluğunu, dərsliyə daxil edilmiş materialların elmi etibarlılığı, dəqiqliyi, inkişafyönümlülüyü, tərbiyəyönümlülüyü, dəyəryönümlülüyü, şagirdlərin yaş xüsusiyyətlərinə uyğunluğu, dərslikdə nəzərdə tutulan pedaqoji və metodiki yanaşmaların qabaqcıl nəzəriyyələrə uyğunluğu, dizayn və tərtibatın məntiqliyi, estetikliyi və müasirliyini qiymətləndirəcəklər.

Namizədlər müraciət etdiyi fənni göstərərək elana əlavə olunmuş formada öz qısa avtobioqrafiyasını (CV) avqustun 31-dək [email protected] elektron poçt ünvanına göndərə bilərlər. Ətraflı məlumatı Təhsil Nazirliyinin saytında yer alan elan vasitəsilə əldə etmək olar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.