REGİONLAR


Dərzi-tələbələr tikiş fabrikində istehsalat təlimi dərsləri keçirlər

Sumqayıt, 17 yanvar, Ətrabə Rzayeva, AZƏRTAC

Sumqayıt Dövlət Peşə Təhsil Mərkəzinin tələbələrinin xidmət sahələri üzrə istehsalat təlimi dərsləri davam edir.

AZƏRTAC xəbər verir ki, mərkəzdə "Dərzi" ixtisası üzrə təhsil alan III kurs tələbələri istehsalat təlimi dərslərini şəhərdə fəaliyyət göstərən tikiş fabrikinin bazasında keçirlər. Tələbələrin istehsalat təlimi usta Sevil Kazımovanın rəhbərliyi ilə fabrikin əməkdaşları Pərvanə Allahverdiyeva və Elnur Əliyev tərəfindən keçirilir.

Qeyd edək ki, Sumqayıt Dövlət Peşə Təhsil Mərkəzi ilə tikiş fabriki arasında əməkdaşlığa dair razılaşma mövcuddur. İstehsalat təlimi dərsləri Təhsil Proqramlarına (Kurikulum) əsasən təşkil olunur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.