MƏDƏNİYYƏT


Devid Bouinin “Starman” kompozisiyasının səs yazısının ilkin variantı hərraca çıxarılacaq

Bakı, 11 mart, AZƏRTAC 

Britaniyalı musiqiçi Devid Bouinin (1947-2016) 1971-ci ildə “The Spiders from Mars” qrupunun gitaraçısı Maykl Ronsonla birlikdə yazdığı “Starman” kompozisiyasının səs yazısının ilkin variantı martın 12-də hərraca çıxarılacaq. AZƏRTAC xəbər verir ki, bu barədə məlumatı “Sky News” telekanalı yayıb. Təşkilatçı Nyuton-le-Uillous şəhərində (Mersisayd qraflığı) yerləşən “Omega Auctions” hərrac evidir.

Məlumatda deyilir ki, səs yazısı hərrac lotlarından biri olmaqdan əvvəl təqribən yarım əsr Ronsonun dostu Kevin Hatçinsonun evinin çardağında yatıb qalıb. Dinləyicilərə 1972-ci ilin aprelində təqdim edilən “Starman” “The Rise and Fall of Ziggy Stardust and the Spiders from Mars” albomuna daxil edilib. İlkin hesablamalara görə, bu səs yazısı 10 min avroya (13 min dollar) satıla bilər.

Hərrac evinin əməkdaşı Den Hempsonun fikrincə, bu maqnit lenti “Starman” kompozisiyasının ilkin versiyasıdır. O vurğulayıb ki, bu kompozisiyanın yazılması ətrafında çoxlu söz-söhbətin dolaşmasına baxmayaraq, o, həqiqi sənətkarın yaradıcılığını başa düşməyə kömək edir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.