MƏDƏNİYYƏT
Devid Doyle: Azərbaycanın zəngin mədəni irsinin qorunması dövlət siyasətinin əsas istiqamətlərindən biridir VİDEO
Bakı, 1 iyul, AZƏRTAC
Heydər Əliyev Mərkəzində keçirilən UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının açılış mərasimi çox yüksək səviyyədə təşkil olunub. Mərasimdə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, UNESKO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın iştirak etməsi Azərbaycanın milli-mənəvi dəyərlərinin, tarixi-mədəni irsin qorunması və təbliğinə, eləcə də beynəlxalq səviyyədə dünya irsinin müdafiəsi və mühafizəsinə dəstəyin dövlət siyasətinin əsas istiqamətlərindən biri olduğunu sübut edir.
Bu fikirləri AZƏRTAC-a müsahibəsində Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının iştirakçısı, Mərkəzi Amerikanın Karib hövzəsində yerləşən Sent Kits və Nevis ada dövlətinin UNESKO-dakı səfiri Devid Doyle deyib.
“Gözəl Bakı şəhərini gəzdim, onun zəngin tarixi və mədəni abidələri ilə yaxından tanış oldum”, - deyən qonaq bildirib ki, sessiyalardakı müzakirələr UNESKO-nun “Ümumdünya mədəni və təbii irsin qorunması haqqında” konvensiyasının icrasının təkmilləşdirilməsi və iştirakçı dövlətlər tərəfindən yeni tarixi və mədəni abidələrin Ümumdünya İrs siyahısına daxil olunması üçün təkliflərin irəli sürülməsi baxımından əhəmiyyətlidir,” - deyə səfir Devid Doyle bildirib.