DÜNYA


Devid Hokninin rəsm əsəri 80 milyon dollara hərraca çıxarılıb

Bakı, 14 sentyabr, AZƏRTAC

İngilis rəssamı, qrafiki və fotoqrafı Devid Hokninin (1937) “Rəssamın portreti (hovuz iki fiqurla birgə)” rəsm əsəri 80 milyon dollara Christie's satış evinin hərracına çıxarılıb.

AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, müasir dövrün ən böyük şedevrlərindən sayılan bu portret hazırda sağ olan sənətkarın indiyə qədər hərracda satılan ən bahalı incəsənət əsəri rekordunu yeniləyə bilər. Əsər adının çəkilməsini istəməyən kolleksiyaçı tərəfindən satışa qoyulub. Satış evinin nümayəndəsi hesab edir ki, bu, qiymətin son həddi deyil və yüksəlməyə doğru dəyişə bilər.

Noyabrın 15-də Nyu-Yorkda baş tutacaq hərrac ərəfəsində rəsm əsəri Honkonq, London və Los-Ancelesdə nümayiş olunacaq.

Qeyd edək ki, hazırkı rekord 2013-cü ildə keçirilən hərracda qeydə alınıb. Həmin vaxt amerikalı Ceff Kunsun (1955) paslanmayan poladdan hazırladığı “Balloon Dog (Orange)” əsəri 58 milyon dollara satılmışdı.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.