ELM VƏ TƏHSİL


“Deyilən söz yadigardır” toplusu yeni tərtibatda

Bakı, 23 aprel, AZƏRTAC 

XX əsrin görkəmli Azərbaycan tədqiqatçısı və şairi Cəfər Rəmzinin 1981-ci və 1987-ci illərdə nəşr olunmuş “Deyilən söz yadigardır” toplusu yeni tərtibatda çapdan çıxıb.

Kitabı nəşrə hazırlayan AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun əməkdaşı Sona Xəyaldır.

İnstitutdan AZƏRTAC-a bildiriblər ki, kitaba XIV-XX əsrlərdə Bakı və Abşeronda yaşayıb-yaratmış 170-dən çox şairin tərcümeyi-halı və əsərlərindən nümunələr daxildir.

Tərtibçi Sona Xəyal Cəfər Rəmzinin Əlyazmalar İnstitutunda saxlanılan arxivində indiyədək nəşr olunmayan şeirlərini, toplularla bağlı ona ünvanlanan 4 məktubu da nəşrdə təqdim edib.

Kitabın redaktorları Qorxmaz Səfərov və Nəbibə Səfərova, rəyçiləri filologiya üzrə fəlsəfə doktorları Əzizağa Nəcəfzadə, Aytac Zeynalova və Qutiyera Cəfərovadır.

“Deyilən söz yadigardır” nəinki Bakı-Abşeron ədəbi mühitinin tədqiqatçıları üçün, həmçinin geniş oxucu kütləsi üçün maraqlı nəşrdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.