ELM VƏ TƏHSİL
Dəyirmi masa: Azərbaycanda yeni iqtisadi sistemin formalaşmasının nəticələri, problemləri və imkanları
Bakı, 18 oktyabr, AZƏRTAC
Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) “Azərbaycanda yeni iqtisadi sistemin formalaşmasının nəticələri, problemləri və imkanları” mövzusunda dəyirmi masa keçirilib.
Universitetdən AZƏRTAC-a bildirilib ki, İqtisadi nəzəriyyə kafedrasında keçirilən tədbir “Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 30-cu ildönümü” ilə bağlı UNEC-in tədbirlər planı çərçivəsində reallaşıb.
Kafedra müdiri professor Əlican Babayev tədbirdə Azərbaycanın milli iqtisadi inkişaf modelinin xüsusiyyətlərindən bəhs edib. Dövlət müstəqilliyinin bərpasının 30-cu ildönümünü qeyd edən Azərbaycanın iqtisadiyyatın bütün sahələri üzrə kompleks islahatlar həyata keçirərək pandemiya şəraitində müvazinətini qoruyub saxlamasının və nəzərəçarpacaq nəticələrə imza atmasının, ilk növbədə, möhkəm bazisə söykənən inkişaf modeli ilə şərtləndiyini deyib.
Sonra kafedranın müəllimləri mövzu ilə bağlı çıxış ediblər.
Tədbir müzakirələrlə davam edib.