ELM VƏ TƏHSİL


Dəyirmi masa: Heydər Əliyev və İmadəddin Nəsimi irsinin tanıdılması məsələləri

Bakı, 8 may, AZƏRTAC

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Qafqazşünaslıq İnstitutunda “Heydər Əliyev və İmadəddin Nəsimi irsinin tanıdılması məsələləri” mövzusunda dəyirmi masa keçirilib.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, dəyirmi masanı açan institutun direktoru, AMEA-nın müxbir üzvü, professor Musa Qasımlı Prezident İlham Əliyevin böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə 2019-cu ilin ölkəmizdə “Nəsimi ili” elan edilməsi haqqında Sərəncamını xalqımızın ictimai-mədəni həyatında əlamətdar hadisə kimi dəyərləndirib. O vurğulayıb ki, Nəsiminin tanıdılması, yaradıcılığının ölkəmizdə sistemli tədqiqi və təbliği ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə şairin 600 illik yubileyinin keçirildiyi vaxta təsadüf edir. Dahi Azərbaycan mütəfəkkirinin 600 illiyinin UNESCO-nun görkəmli şəxsiyyətlərin və əlamətdar hadisələrin yubileyləri siyahısına daxil edilməsi Azərbaycan mədəniyyətinin təbliği, Nəsiminin dünyaya tanıdılması baxımından böyük rol oynayıb. Həmin dövrdən etibarən İmadəddin Nəsiminin yaradıcılığı ilə bağlı çoxsaylı araşdırmalar aparılıb.

Qafqazşünaslıq İnstitutunun əməkdaşları - tarix üzrə fəlsəfə doktoru Ramilə Dadaşova “Heydər Əliyevin təşəbbüsü ilə İmadəddin Nəsimi haqqında yaradılan əsərlər”, tarix üzrə elmlər doktoru Qasım Hacıyev “Nəsiminin Hələb şəhərindəki qəbrini ziyarətlə bağlı xatirələrim”, fəlsəfə üzrə fəlsəfə doktoru Vahid Ömərov “Nəsimi irsi və müasirlik”, iqtisadiyyat üzrə fəlsəfə doktoru Liliya Mirzəzadə “Nəsiminin dünyaya tanıdılmasında Heydər Əliyevin rolun” mövzusunda məruzələrlə çıxış ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.