ELM VƏ TƏHSİL


Dəyirmi masa fiziki imkanları məhdud şəxslərin məşğulluq problemlərinə həsr ediləcək

Bakı, 5 fevral, AZƏRTAC

Fiziki imkanları məhdud şəxslərin cəmiyyətə inteqrasiyası və onların sosial-məişət problemlərinin həlli, həmçinin inklüziv təhsillərinin inkişaf etdirilməsi, peşə hazırlığı, iş yerləri ilə təmin olunması ölkə rəhbərliyinin daim diqqət mərkəzindədir.

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Hüquq və İnsan Haqları İnstitutu fiziki imkanları məhdud şəxslərin hüquqlarının qorunması ilə bağlı məsələləri gündəmdə saxlayır, müvafiq elmi-tədqiqat işləri və qanunların ekspertizasını aparır və tədbirlər keçirir.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, bu işlərin davamı olaraq AMEA-nın Hüquq və İnsan Haqları İnstitutu fevralın 14-də “Fiziki imkanları məhdud olan şəxslərin məşğulluq problemləri” mövzusunda dəyirmi masa təşkil edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.