Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

“Dəyirmi masa”da “İnnovasiya və yaradıcılıqda qadınlar: dəyişikliyin aparıcı qüvvəsi” mövzusu müzakirə olunub YENİLƏNİB

Bakı, 23 aprel, K.Əliyeva, P.İmanova, AZƏRTAC

Aprelin 23-də Bakıda Müəllif Hüquqları Agentliyinin (MHA), Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQUPDK) birgə təşkilatçılığı ilə “İnnovasiya və yaradıcılıqda qadınlar: dəyişikliyin aparıcı qüvvəsi” mövzusunda “dəyirmi masa” keçirilib. Beynəlxalq Əqli Mülkiyyət Günü münasibətilə keçirilən tədbir ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyinə, Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaranmasının 100 illiyinə həsr edilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən Müəllif Hüquqları Agentliyi İdarə Heyətinin sədri Kamran İmanov “dəyirmi masa”nın çox əhəmiyyətli və aktual bir mövzuya həsr olunduğunu deyib. Bildirilib ki, bu il 26 aprel - Beynəlxalq Əqli Mülkiyyət Günü “İnnovasiya və yaradıcılıqda qadınlar: dəyişikliyin aparıcı qüvvəsi” devizi altında keçirilir. Bununla bağlı Dünya Əqli Mülkiyyət Təşkilatının açıqlamasında xüsusi qeyd olunur ki, qadınlarımızın səyləri nəticəsində hər gün həyatımızı zənginləşdirən və bilik sərhədlərimizi genişləndirən yeni ideyalar, faydalı kəşflər və ixtiralar əldə edilir. Yaradıcılıq sahələrində isə (kino, musiqi, ədəbiyyat, incəsənət, moda, dizayn və s.) qadınlar daim mədəniyyət konsepsiyasının özünü yenidən dərk edərək, bədii və yaradıcılıq ifadəsinin hüdudlarının axtarışı ilə bizi yeni dünyaların kəşf olunmasına və qavranılmasına sövq edirlər.

Kamran İmanov Müəllif Hüquqları Agentliyi tərəfindən Beynəlxalq Əqli Mülkiyyət Gününün 2001-ci ildən başlayaraq 18 ildir ki, qeyd edildiyini diqqətə çatdırıb. Bildirilib ki, bu günlə bağlı keçirilən tədbir, görüş, “dəyirmi masa”, konfrans və simpoziumların əsas məqsədi əqli mülkiyyət, müəllif-hüquq mədəniyyətinin formalaşdırılmasına dəstək vermək, biliklər cəmiyyətində kreativlik və yenilikçilik amillərinin stimullaşdırılmasında əqli mülkiyyətin əvəzedilməz əhəmiyyətini qabarıq göstərməkdir.

MHA İdarə Heyətinin sədri vurğulayıb ki, builki tədbir müasir müstəqil dövlətimizin memarı və qurucusu ulu öndər Heydər Əliyevin anadan olmasının 95 illiyinə və Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr edilib.

Tarixin hökmü tarixi şəxsiyyətlərin çətinliklər və problemlər üzərində qələbəsini tanıyır. Bu qələbəni Azərbaycanın nüfuzunun artmasında, dövlətimizin başçısı İlham Əliyevin son 15 ildə düşünülmüş, müasirləşdirilmiş davamçılıq siyasətinin nailiyyətlərində, yaradıcılıqla həyata keçirilən varislik xəttində, xalqımızın Prezidentə olan dərin ehtiram və sevgisində görürük. Bu münasibəti “Əsl hakimiyyət yalnız insanlara xidmət etməklə əldə olunur” kəlamı ilə ifadə etmək mümkündür. Bugünkü reallıqlar Ulu Öndərin qələbəsidir, onun fikir və düşüncələrinin cəmiyyətimizin ən dəyərli əqli mülkiyyətinə, ictimai rəy və varidatına çevrilməsidir. Ulu öndər Heydər Əliyevin uzaqgörənliyinin izləri, gələcəyimizə yol açan fikir və düşüncələri bugünkü cəmiyyətimizin ən dəyərli əqli mülkiyyətinə, ictimai rəy və varidatına çevrilib.

AXC-nin 100 illik yubileyi barədə danışan Kamran İmanov dövlətimizin başçısının Rusiyanın TASS informasiya agentliyinin baş direktorunun birinci müavini Mixail Qusmana verdiyi müsahibəsindəki sözləri xatırladıb: “...Tarixə nəzər salanda düşünürsən, təsadüfi deyil ki, müsəlman aləmində ilk demokratik respublika məhz azərbaycanlılar tərəfindən yaradılıb. Yəni, bu hadisə xalqımızın keçmişindən, onun azadlıqsevər, məğrur və mütərəqqi xarakterindən qaynaqlanır... Demokratik respublikanın ənənələri bu gün də yaşayır və müasir Azərbaycan onun hüquqi varisidir. Siyasi islahatlar üçün qısa müddətdə çox böyük işlər görülüb. Təkcə bunu qeyd etmək kifayətdir ki, qadınlara səsvermə hüququ Avropa ölkələrinin çoxundan xeyli əvvəl verilib, bir sıra başqa mühüm qərarlar qəbul edilib”.

Bu il Beynəlxalq Əqli Mülkiyyət Gününün “İnnovasiya və yaradıcılıqda qadınlar: dəyişikliyin aparıcı qüvvəsi” devizi altında keçirildiyini, “dəyirmi masa”nın da bu mövzuya həsr olunduğunu söyləyən MHA İdarə Heyətinin sədri qeyd edib ki, bəşər kitabının mündəricatı qadınlardır. Dövlətimizin başçısı vurğulayıb ki, “çağdaş Azərbaycan qadını ana olmaqla yanaşı, bacarıqlı siyasətçi, dövlət məmuru, görkəmli elm xadimi, iş adamı, xalqın inanıb səs verdiyi millət vəkilidir. İndi qadınlar elm və texnologiyalar sahəsinin fəal iştirakçılarıdırlar, innovasiya və yaradıcılıqla məşğul olan qadınların sayı ildən-ilə artmaqdadır. Bu fəallıq Azərbaycan qadınının malik olduğu tarixi ənənələrlə yanaşı, ölkəmizdə həyata keçirilən gender siyasətinin mahiyyətindən, qadınlara cəmiyyətin tamhüquqlu üzvü kimi bütün imkanlardan bərabər istifadə üçün zəruri şəraitin yaradılmasından irəli gəlir”.

Əqli mülkiyyətə gəldikdə isə, bu fenomen heç vaxt öz-özünü təmin edən hədəf, öz-özlüyündə abstrakt vasitə olmayıb. Əqli mülkiyyət xidmətçi sahə kimi “mövcud biliklərdən yaranan və yeni biliklərlə nəticələnən” fenomendir. Bunun üçün biliklərin müəyyən səviyyəsi, infrastrukturu və daşıyıcılarının imkan və əzmi olmalıdır. Bu şəraitdə “biliklər cəmiyyəti”ndə, “biliklərə əsaslanan iqtisadiyyatda” əqli mülkiyyətin qorunması, öz növbəsində, kreativlik və innovasiyaçılığın stimullaşdırılmasında, investisiyaların yaradıcılığa və yenilikçiliyə cəlb edilməsində, innovasiyalı mühitin formalaşmasında əsas vasitədir.

Xüsusilə qeyd etmək lazımdır ki, əqli mülkiyyətin qorunmasında dövlət siyasətimizin iki istiqaməti nəzərə çarpır: fərdi kreativliyi (müəlliflik, patent hüququ) və qrup kreativliyini (folklor, ənənəvi biliklər) stimullaşdırmaq, inkişaf etdirmək və qoruyub saxlamaq. Son 25 ildə əqli mülkiyyət fenomeni nəzərəçarpan dərəcədə inkişaf edib və bu gün dünyada onun fəaliyyət konteksti yarandığı vaxtdan prinsipial olaraq fərqlənir. Həm iqtisadiyyatda, həm də cəmiyyətdə əqli mülkiyyətin yeri dəyişdirilərək, onu biliklərə əsaslanan iqtisadiyyatın dominantına, rəqəmsal cəmiyyətin vacib alətinə və mədəni irsin təhlükəsizliyinin təminatçısına çevirib. Əqli mülkiyyətin fəaliyyətinin dəyişmiş konteksti eyni dərəcədə əqli mülkiyyətə və onun roluna olan münasibətdə bizim düşüncə tərzimizin dəyişməsini tələb edir.

Dövlətimizin başçısının sözləri ilə desək, “müasir dünya sivilizasiyasının tərəqqisində insan kapitalı və intellekt yeni keyfiyyət amili kimi həlledici əhəmiyyət daşıyır. Hər bir dövləti rifah və yüksəlişə aparan yol elm və innovasiyalara əsaslanan inkişafdan keçir”. Odur ki, Prezident İlham Əliyevin təsdiq etdiyi “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında əqli mülkiyyət prioritet istiqamətlərdən biri kimi qəbul olunur və konsepsiyanın altı maddəsində, o cümlədən iqtisadi, informasiya, təhsil, insan kapitalı və mədəni irs bölmələrində əqli mülkiyyətin inkişafdakı əhəmiyyəti qabarıq göstərilərək, xüsusi tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur.

Konsepsiyanın icrası ilə bağlı müəllif-hüquq sahəsində islahatları uğurla yerinə yetirmək üçün yaradıcı fəaliyyətin, mədəni müxtəlifliyin və yenilikçiliyin köməyi ilə hüquq sahiblərinin həvəsləndirilməsinin gücləndirilməsi; istifadəçilərə leqal kontentin daha asan əldə edilməsi və daha çox seçim imkanlarının təmin edilməsi; müəllif hüququna aid yeni biznes-modellərin yaradılmasına dəstək; piratçılıqla bağlı qeyri-leqal təkliflərin azalmasına xidmət edən tədbirlərin həyata keçirilməsi üzərində iş gedir.

Dövlətimizin başçısının səyləri nəticəsində Azərbaycan getdikcə yeniləşir, iqtisadi islahatları reallaşdıran, iqtisadiyyatını şaxələndirən və innovativ inkişafa yol açan dövlətə çevrilir.

Prezident İlham Əliyevin Davos İqtisadi Forumunda vurğuladığı kimi, “Gələcəyimiz – innovasiyalar, texnologiyalar, yaxşı idarəetmə, şəffaflıq və sahibkarlara dövlət dəstəyindədir”.

2009-cu ildən başlayaraq, Azərbaycan yuxarı-orta gəlirli ölkələr sırasındadır. Bu gün Azərbaycan tərəfdaş dövlətlər arasında etibar qazanan, tolerantlıq və multikultural ənənələri ilə səciyyələnən bir ölkədir, nüfuzlu beynəlxalq tədbirlərin keçirildiyi məkandır.

Azərbaycan reallıqları ölkənin qlobal reytinq göstəricilərinin yüksəlməsi ilə müşayiət edilir. Dünya İqtisadi Forumunun 2017-2018-ci illər üçün Qlobal Rəqabətqabiliyyətlilik İndeksinə əsasən “Siyasətçilərə ictimai etimad” kateqoriyasında Azərbaycanın dünyada 20-ci yerə yüksəlməsi iqtidarla xalq arasında böyük etimadın olduğunu göstərir və təsdiq olunan bu etimad bir tərəfdən idarəetmənin gücünü, digər tərəfdən isə ictimai-siyasi və iqtisadi sabitliyi təmin edir. Dövlətimizin başçısının dediyi kimi, “Ölkədə sabitliyin mənbəyi xalqdır, onun iradəsi və eyni zamanda, iqtidarın apardığı siyasətdir”. Həmin nüfuzlu beynəlxalq sənədə əsasən rəqabətqabiliyyətliliyinə görə Azərbaycan öz mövqeyini möhkəmləndirərək 37-ci yerdən 35-ci yerə yüksəlmişdir və bu göstəriciyə görə bir sıra inkişaf etmiş ölkələri üstələyərək MDB məkanında mütləq liderdir. Davos İqtisadi Forumunun yeni elan olunan 2018-ci il üçün “İnklüziv inkişaf indeksi”nə əsasən Azərbaycan inkişaf edən ölkələr arasında üçüncü yer tutub.

Ölkə miqyasında aparılan islahatların əqli mülkiyyət sahəsinə müsbət təsir göstərdiyini vurğulayan Kamran İmanov deyib ki, Rəqabətqabiliyyətlilik İndeksinin “Əqli mülkiyyətin qorunması” alt göstəricisi üzrə Azərbaycan 4,8 bal toplayaraq 37-ci yeri tutur. Bununla da Azərbaycan 2016-2017-ci illərlə müqayisədə “Əqli mülkiyyətin qorunması” göstəricisi üzrə tutduğu 71-ci yerdən 34 pillə yüksələrək, MDB ölkələri sırasında lider mövqeyini möhkəmləndirib. Prezident İlham Əliyevin ölkədə apardığı institusional islahatlar nəticəsində Müəllif Hüquqları Agentliyi hazırda dövlətimizin başçısı tərəfindən təsis edilən, dövlət və ictimai əhəmiyyət daşıyan, işçiləri dövlət qulluqçularına bərabər tutulan və mərkəzi icra hakimiyyəti orqanı statusunda təminatları olan, əqli mülkiyyət hüquqları sahəsinin inkişafını təmin edən, bu sahədə vahid tənzimlənməni və nəzarəti həyata keçirən və fəaliyyəti əlaqələndirən publik hüquqi şəxsdir. Prezident İlham Əliyevin yeni Sərəncamına əsasən, əqli mülkiyyətin bütün sahələrini özündə cəmləşdirən Əqli Mülkiyyət Agentliyi yaradılır. Bunlar dövlətimizin başçısının bu sahənin institusional quruluşuna olan diqqət və qayğısının növbəti təzahürüdür.

Kamran İmanov bildirib ki, qadınlar hər bir millətin insan resurslarının çox əhəmiyyətli hissəsidir. Elm və texnologiyalar, innovasiyalar və kreativlikdə qadınlar istedad xəzinəsidir. Son illərdəki müşahidələr göstərir ki, gender asimmetriyasının azaldılması qadının rolunu ədalətli səviyyəyə qaldırmaqla yanaşı, iqtisadi inkişafa da səbəb olur. Bu da aydındır: yüksək savadlı qadın cəmiyyətin sosial-iqtisadi həyatında fəal iştirak etməklə əmək bazarının rəqabətqabiliyyətliliyinin artmasına təkan verir, bu da iqtisadiyyatda müsbət əks-səda ilə nəticələnir. Bütün bunlar gender bərabərliyinin iqtisadi əhəmiyyətidir.

Tədbirdə Kamran İmanovun “Qadınlar innovasiya və yaradıcılıqda: dəyişikliyin aparıcı qüvvəsi” mövzusunda məruzəsi dinlənilib. Məruzədə elm və tədqiqat sahəsində gender pariteti və digər məsələlərlə bağlı geniş təhlillər təqdim olunub.

Ailə, Qadin və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova bildirib ki, bu il ölkəmiz mühüm tarixi hadisələr yaşayır. Bu günlərdə keçirilən prezident seçkilərində xalqımız tərəqqiyə, təhlükəsizliyə, gələcək inkişafımıza səs verərək İlham Əliyevi yenidən dövlət başçısı seçdi. Təkcə AXC-nin yaranması deyil, həm də qadınlarımızın seçib-seçilmək hüququnun 100 illiyini qeyd edən xalqımız, xüsusilə də qadınlarımız hər zaman olduğu kimi, bu seçkilərdə də fəallıq göstərdilər. Bununla da onlar sübut etdilər ki, hələ XX əsrin əvvəllərində bu hüququ əldə etməklə cəmiyyətimizin həyatında aparıcı qüvvədirlər.

Hicran Hüseynova qadınların ailə və cəmiyyətdəki aparıcı mövqeyindən, onların dövlət quruculuğunda fəal iştirakından danışıb.

Diqqətə çatdırılıb ki, ölkəmizdə dövlət qadın siyasətinin həyata keçirilməsi ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Qadınlarımız əldə etdikləri uğurlara görə hər zaman Ulu Öndəri böyük hörmət hissi ilə yad edirlər. Bu gün isə həmin siyasətin Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tərəfindən daha da gücləndirilməsinin şahidiyik. Qəbul olunan bir sıra dövlət proqramları ölkənin siyasi, sosial, iqtisadi, elmi, mədəni həyatında qadınların rolunun artırılmasında böyük əhəmiyyət daşıyır. Dövlətimiz tərəfindən həyata keçirilən innovasiya siyasəti yeni bilik və texnologiyaların istehsalı, yayılması və tətbiqi üçün lazım olan şəraitin yaradılmasını nəzərdə tutur.

Hicran Hüseynova bildirib ki, UNESCO-nun 2013-cü il üçün hesabatlarına görə, Azərbaycan bütövlükdə tədqiqatçıların arasında qadınların xüsusi çəkisi daha çox olan ölkələr sırasındadır. 2016-cı ildə Dünya İqtisadi Forumunun metodikası əsasında gender bərabərsizliyi indeksi müəyyənləşdirilib. Bu indeks müxtəlif dəyişənlər üzrə qadınlar və kişilər arasındakı gender fərqinin səviyyəsini ölçür. Azərbaycan 144 ölkə arasında 86-cı yerdədir. Həmçinin 2007-ci ildən başlayaraq, ölkəmizdə Dövlət Statistika Komitəsinin məlumatları əsasında gender bərabərsizliyi indeksi hesablanır, ildən-ilə göstəricilərimiz müsbətə doğru irəliləyir.

Qeyd edilib ki, bu gün müstəqilliyinin 26-cı ilini yaşayan Azərbaycan istər iqtisadi, istərsə də elmi-texnoloji inkişaf baxımından dünyanın qabaqcıl ölkələri ilə bir sıradadır. Qadın peşəkarların fəaliyyəti cəmiyyətin dinamik və harmonik inkişafına təkan verir. Azərbaycan qadınları çətin sayılan neftçıxarma, kosmik tədqiqatlar, kibernetika, siyasi elmlər və digər sahələrdə uğurla çalışırlar. Ölkə rəhbərliyinin qayğısı qadınlarımızı elmi biliklərin yayılması sahəsində ardıcıl iş aparmağa, elmimizin inkişafına yeni töhfələr verməyə ruhlandırır. Yüksək intellektual potensiala malik olan qadın alimlərimizin hər biri öz sahəsində novator ideyaları, dəyərli araşdırmaları ilə təkcə Azərbaycan elmində deyil, dünya elmində izlər qoyublar. Tarixin bütün dövrlərində olduğu kimi, Azərbaycan qadınları bu gün də fəallığı, cəmiyyətin həyatına nüfuz etmələri ilə fərqlənirlər. Bu gün Azərbaycanın elm xadimlərinin sırasında qadın alimlərimiz layiqli yerlərini tutublar.

İnnovasiya və yaradıcılıq sahəsində fərqlənən bir qrup qadına MHA və AQUPDK-nın fəxri fərmanları təqdim edilib.

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva bildirib ki, müasir müstəqil Azərbaycanın banisi ümummilli lider Heydər Əliyevin müəllifi olduğu inkişaf strategiyası ölkəmizin milli iqtisadi inkişaf modelinin formalaşmasına və islahatların uğurla həyata keçirilməsinə etibarlı zəmin yaradıb. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar davam etdirilib, ölkədə qadınların sahibkarlıq fəaliyyətinin stimullaşdırılması üçün əlverişli mühitin daha da yaxşılaşdırılması, institusional və innovativ metodların tətbiqi istiqamətində bir sıra işlər görülüb. Bu səbəbdəndir ki, qadınlar ölkədə bütün dövlət qurumlarında, Milli Məclisdə, müxtəlif yerli və beynəlxalq təşkilatlarda, həmçinin biznes strukturlarında təmsil olunurlar.

Günay Əfəndiyeva bildirib ki, türk dünyasında, o cümlədən onun ayrılmaz hissəsi olan Azərbaycanda tarixboyu qadınlar mənəvi-əxlaqi keyfiyyətləri ilə seçilib, milli mənəvi dəyərlər sisteminin formalaşmasında müstəsna rol oynayıblar. Qadının ictimai fəallıq tarixi çox rəngarəngdir. Ümumiyyətlə türkdilli dövlətlərdə qadınların xalq yaradıcılığına və yazılı ədəbiyyata gətirdikləri yeniliklər və innovasiyalar dünya mədəniyyətinə böyük töhfə verib, bu xalqların mütəfəkkirləri, yazıçıları, şairələri bəşəri uğurlar əldə ediblər. Müasir zamanda Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın adını xüsusi qeyd etmək istərdim. Onun təşəbbüsləri, fəaliyyəti həm ölkə daxilində, həm beynəlxalq aləmdə böyük nüfuz qazanıb.

Diqqətə çatdırılıb ki, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu türk dünyasında yaradıcı qadınların əməyinin beynəlxalq aləmdə təbliğ olunması, mühafizəsi və gələcək nəsillərə ötürülməsi istiqamətində bir sıra layihələr həyata keçirməkdədir. Türk dünyası qadın sənətkarlarının yaradıcılıq nümunələrinin beynəlxalq səviyyədə sərgilənməsi, ortaq köklərə məxsus türkdilli xalqlar arasındakı mövcud bağların möhkəmlənməsinə təsir edəcək. G.Əfəndiyeva “Azərbaycan qadın şairlərinin poeziya antologiyası” kitabı barədə də məlumat verib. Bildirib ki, bu kitab xarici ölkələrdə maraq doğurduğu üçün hazırda fond tərəfindən italyan dilinə tərcümə olunmaqdadır və yaxın zamanda nəşrin İtaliyada təqdimatı planlaşdırılır. Kitabın digər dillərə də tərcüməsi nəzərdə tutulub.

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) rektoru, professor Gülçöhrə Məmmədova bildirib ki, gender bərabərliyi əsas qanunumuzda, 1995-ci ildə qəbul edilmiş Konstitusiyamızda əksini tapıb, kişi və qadınların bərabər hüquqları təmin edilib. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin yaradılması və bu qurumun səmərəli fəaliyyəti nəticəsində ölkəmizdə gender bərabərliyi ilə bağlı bir çox problemlər aradan qaldırılmaqdadır. Gender bərabərliyi hər bir cəmiyyətin inkişafı üçün çox böyük əhəmiyyətə malik mövzudur. Müasir dövrdə ölkələrin inkişaf səviyyəsi o dövlətlərdə qadınların mövqeləri, qadınlara olan münasibət və gender bərabərliyinin səviyyəsi ilə ölçülür. Azərbaycanda 2006-cı ildə “Gender bərabərliyinin təminatları haqqında” Qanunun və digər qanunvericilik aktlarının qəbul olunması bu sahədə hüquqi baza yaradıb. Bunlar bərabərliyin təmin edilməsi istiqamətində dövlətin siyasi iradəsinin göstəricisidir.

Rektor diqqətə çatdırıb ki, gender bərabərliyinin təmin olunmasında təhsilin çox böyük rolu var. Maarifləndirmə və təhsil bu problemlərin tam həlli üçün vacib şərtlərdəndir. Qızların təhsilə cəlb olunmasi, ali məktəb tələbələri arasında onların faizinin artması müsbət meyillərdən xəbər verir. Bu gün ali məktəb tələbələrinin 48,2 faizini qızlar, ali təhsil müəssisələrində çalışanların 51,9 faizini isə qadınlar təşkil edir. Son beş ildə elmi tədqiqatlarla məşğul olan qadınların da sayı artıb. AzMİU-da beynəlxalq layihələrdə fəal iştirak edən qadın əməkdaşların və tələbə qızların sayı kişilərdən çoxdur. Universitetdə yeni iş formalarını və metodlarını tətbiq edən şöbələrə əsasən qadınlar rəhbərlik edirlər.

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) rektoru, professor Fərəh Əliyeva müasir dövrdə qadının cəmiyyətdə yeri və rolunun qiymətləndirilməsi meyarlarının məzmun və xarakterinin tamamilə yeniləndiyini söyləyib. Bildirilib ki, bu mənada ötən əsrdə inqilabi dəyişiklik edilərək qadının cəmiyyətdə mövqeyinə baxışı ənənəvi stereotiplərdən tamamilə azad olunub. Bu gün yüz illik yubileyini qeyd etdiyimiz AXC-nin ən önəmli və taleyüklü qərarlarından biri də müsəlman Şərqində ilk dəfə Azərbaycanda qadınlara səsvermə hüququnun verilməsi olub. Bu, sonralar Azərbaycan cəmiyyətində qadınların potensialına yol açmaq idi. Çox az müddətdə qadınlarımız mədəniyyət və incəsənət sahəsində aparıcı mövqelər qazana bildilər. Rektor diqqətə çatdırıb ki, ADMİU-da çalışan müəllimlərin yarıdan çoxunu qadınlar təşkil edir. Universitetdə tələbə qızların sayı da oğlanlardan çoxdur. Azərbaycanın dünyada müsbət imicinin formalaşmasında, sülhsevər, tolerant, multikultural ölkə kimi tanıdılmasında qadın mədəniyyət və incəsənət xadimlərimizin rolu olduqca böyükdür.

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) İctimai Elmlər Bölməsinin akademik-katibi Nərgiz Axundova deyib ki, AMEA dövlətin əsas elmi tədqiqat mərkəzi kimi xarici ölkələr və beynəlxalq təşkilatlarla fəal əlaqələr yaradır. Müasir dövrdə insan kapitalının formalaşmasında AMEA çox böyük rol oynayır. Güclü fundamental elmi bazanı əldə etmək üçün yüksək potensialı olan kadrların yetişməsinə ehtiyac var. Bu elmi kadrların arasında qadınlar xüsusi yerə və rola malikdirlər.

Nərgiz Axundova qeyd edib ki, AMEA-da çalışanların 59 faizini qadınlar təşkil edir. Akademiyada yaradılan bir neçə yeni elmi-tədqiqat institutuna qadın alimlərimiz rəhbərlik edirlər. Qadın alimlərimizin məqalələri bir sıra nüfuzlu jurnallarda nəşr edilir, onlar, həmçinin beynəlxalq təşkilatlarda, layihələrdə təmsil olunurlar.

Digər alim və mütəxəssislər də mövzuya dair məruzələrlə çıxış edib, müzakirələrə qatılıblar.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Bakıda "Qafqaz Albaniyası: Etnoarxeologiya, yazılı mənbələr və tarixi abidələr” adlı XI beynəlxalq konfrans keçirilir

Xətai rayonunda qətl törədilib

Astanada ŞƏT-ə üzv ölkələrin müdafiə nazirlərinin iclası keçiriləcək

ABŞ dövlət istiqrazlarının gəlirliliyi geosiyasi risklərə görə azalır

Hacıqabulda narkokuryerlik edən iki nəfər saxlanılıb

Quterreş Azərbaycan və Ermənistanı münasibətlərin normallaşması üçün bütün məsələləri həll etməyə çağırıb

Blinken Qazaxın 4 kəndinin Azərbaycana qaytarılması barədə razılaşmanı alqışladığını bildirib

Ekvadorda enerji böhranı ilə əlaqədar iki ay müddətinə fövqəladə vəziyyət rejimi tətbiq edilib

OLED-displeyləri ilə təchiz edilmiş ilk bank kartı təqdim olunub

Koronavirus infeksiyasının müalicəsi üçün yeni molekul yaradılıb

Bərənin Neapol limanının körpüsünə çırpılması nəticəsində 30-a yaxın insan yaralanıb

Çexiyanın dövlət borcu 136 milyard dollara yüksəlib

ABŞ İsrailə 1 milyard dollarlıq mərmi tədarükü imkanını araşdırır

G7 ölkələri Ukraynanın hava hücumundan müdafiəsini gücləndirəcəklər

Haiti Fransadan milyardlarla ölçülən təzminat tələb edir

Niderland Ukraynaya hərbi yardım göstərmək üçün 200 milyon avrodan çox vəsait ayıracaq

ADA Universitetində keçirilən “Xəzər Hövzəsi Araşdırmaları” proqramı yekunlaşıb

Superliqa: "Beşiktaş" doğma meydanda qalib gəlib

Bakı Kitab Mərkəzində “Azərbaycan İrəvanı” sənədli filmi təqdim olunub

“Bloomberg”: Almaniya yeni “Patriot” batareyaları almağı düşünür

Beynəlxalq Bərpa Olunan Enerji Mənbələri Agentliyinin Assambleyasının 14-cü sessiyası başa çatıb

Stoltenberq: NATO-nun müdafiə nazirləri Ukraynaya daha çox hərbi dəstək verməyə razılaşıblar

Gürcüstanda fəaliyyət göstərən QHT-lərin 90 faizi xaricdən maliyyələşir

BDU-da “Gələcəyin alimləri” adlı tələbələrin IX elmi konfransı keçirilib

ADAU-da keçirilən fakültələrarası futbol turniri yekunlaşıb

Cəfər Cabbarlının 125 illik yubileyi qeyd olunub

Sərnişin ehtiyatsızlıq səbəbindən metronun stansiya yoluna düşüb

İstanbulda torpaq sürüşməsi baş verib

Cenevrədə keçiriləcək “Türk həftəsi”ndə türkdilli dövlətlərin mədəni irsi tanıdılacaq

Azərbaycan və Qazaxıstanın Xarici İşlər nazirlikləri arasında növbəti konsulluq məsləhətləşmələri keçirilib

Rus evində “Bakı. Sevgi. Bahar.” festivalı keçirilir

Azərbaycan parabadmintonçusu beynəlxalq turnirdə yarımfinala yüksəlib

İlin ilk üç ayında ARDNF-in aktivləri 2,3 faiz artıb

“G7-nin açıq-aşkar ayrı-seçkiliyə yol verməsi insan hüquqlarına ziddir” – BƏYANAT

Ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə keçirilən buraxılış imtahanının nəticələri açıqlanıb

Venesiya Biennalesində Azərbaycan pavilyonunun açılışı olub VİDEO

Tanınmış şair, tərcüməçi Sabir Almazovun xatirəsi anılıb

Energetika naziri: Bu il Azərbaycanda daha 5 günəş-külək stansiyasının inşasına başlanacaq

Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi olub VİDEO

Dövlət Agentliyinin İdarə Heyətinin sədri Daşkəsən və Göygöl rayon sakinlərinin müraciətlərini dinləyib

Güclü külək Ağstafada bir sıra fəsadlar törədib VİDEO

Azərbaycan və Qazaxıstan Xəzər dənizinin dibi ilə fiber-optik rabitə xəttinin çəkilməsini müzakirə edib

Xalq rəssamı Aydın Rəcəbovun 80 illik yubileyinə həsr olunmuş “Bir ömrün naxışları” sərgisi açılıb

Premyer Liqa: “Sumqayıt” Tovuzda vacib üç xalı qazanıb

Milli Məclisdə 14 məsələ müzakirə olunub, müvafiq qərarlar verilib YENİLƏNİB

Çin mütəxəssisləri Türkmənbaşı limanının imkanları ilə tanış olublar

Gürcüstan və AİB arasında əməkdaşlığın perspektivləri müzakirə edilib

Ceyhun Bayramov Əlcəzair səfirini bölgədəki cari vəziyyət barədə məlumatlandırıb

® “Bakcell”in baş icraçı direktoru Xankəndidə jurnalistlərlə görüşüb

Azərbaycanda icra edilən ürək əməliyyatı barədə məqalə ABŞ-ın nüfuzlu jurnalında dərc olunub

Hərbi liseyin 53 illik yubileyinə həsr olunmuş təntənəli mərasim keçirilib VİDEO

Gürcüstanda yaşayan azərbaycanlılar dövlət proqramları və xidmətlər barədə məlumatlandırılıb

İqtisadiyyat nazirinin müavini Naxçıvanda vətəndaşların müraciətini dinləyib

ADSEA sədri Zaqatalada vətəndaşlarla görüşüb

Bakıda keçiriləcək beynəlxalq elmi konfransın iştirakçıları Qarabağa səfər ediblər

Əqli Mülkiyyət Agentliyində ixtiraçılıq və patent analitikası mövzusunda təlim keçirilib

® “Azercell”in dəstəyi ilə tələbələr arasında “Techcell” hakatonu keçiriləcək

Tbilisidə mitinqlər zamanı beş polis əməkdaşı yaralanıb

“Azərbaycan Hava Yolları” Avropa Beynəlxalq Hava Limanları Şurasına üzv olub

AzTU əməkdaşları beynəlxalq konfransda çıxış ediblər

® “Global Finance” “Kapital Bank”ı “Süni intellektin rəqəmsal transformasiyada ən yaxşı istifadəsi” mükafatına layiq görüb

İranın Parisdəki konsulluğuna girən şübhəli şəxs saxlanılıb

Azərbaycan-İtaliya çoxölçülü strateji tərəfdaşlıq münasibətləri müzakirə edilib

Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Göyçayda vətəndaşların müraciətlərini dinləyəcək

® Mərkəzi Gömrük Hospitalında “Abbott” şirkətinin nümayəndələri ilə onlayn görüş keçirilib

ADPU-da “Heydər Əliyev dərsləri” davam edir

EMTA ETRA ilə birgə Bakıda beynəlxalq seminar təşkil edib

Naxçıvanda “Sağlam həyat tərzi etibarlı gələcəyin təminatıdır” mövzusunda tədbir təşkil edilib

Kənd Təsərrüfatı Nazirliyi 2024-cü il üçün doktorantura və dissertanturaya qəbul elan edir

Qazaxıstanda yaşayan Qərbi azərbaycanlılar tarixi vətəni görmək arzusunu dilə gətiriblər

Gürcüstanın müdafiə naziri ABŞ generalı ilə görüşüb

Azərbaycan ilə Yaponiya arasında turizm əlaqələrinin perspektivləri müzakirə olunub

“Güclü cəmiyyətin zərif simaları” layihəsinə start verilib

ADPU ilə Rusiya İnformasiya və Mədəniyyət Mərkəzi əməkdaşlıq məsələlərini müzakirə edib

FHN-nin qurumları arasında stolüstü tennis üzrə çempionata yekun vurulub

“60 çiçək - bir çələng” almanaxının təqdimatı olub

Sahibkarlarla görüşdə quşçuluğun inkişaf perspektivləri müzakirə olunub

“Məhəmməd Füzuli və Şərq folkloru” - elmi konfrans

Türkiyə və İranın xarici işlər nazirləri regiondakı son vəziyyəti müzakirə ediblər

Fransanın səfirini geri çağırması Brüssel görüşündəki gizli razılaşmada nəzərdə tutulanların reallaşdırılmasına xidmət edir - RƏY

“World Weather Attribution”: Qərbi Afrikanı görünməmiş istilər bürüyüb

İsveçrədə “tarakanabənzər dron” hazırlanıb

® “PAŞA Holding”in təşkilatçılığı ilə növbəti “INMerge İnnovasiya Sammiti”ndə yutubun həmtəsisçisi çıxış edəcək

İranın Parisdəki konsulluğu polisdən müdaxilə tələb edib

Nyu-Yorkda azərbaycanlı gənclərlə şəbəkələşmə görüşü baş tutub

Xuliqanlıq niyyəti ilə qəsdən adam öldürməkdə təqsirləndirilən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib

Ürək xəstəliklərinə qalib gəlməyin təbii yolları

“Sabahın alimləri” XIII respublika müsabiqəsinin bağlanış mərasimi keçirilib

Konfrans Liqası: Türkiyəli futbolçunun vurduğu qol ən yaxşı seçilib

“Gənc istedadlar” liseyinin şagirdləri “Sabahın alimləri” XIII Respublika müsabiqəsinin qalibləri sırasında

Sumqayıtda “Heydər Əliyev irsi” kitabının təqdimatı keçirilib

“Qarabağ atları”, “Böyük alma”, “Əjdaha”... – AĞ ŞƏHƏRDƏN FOTOREPORTAJ

Rəsədxanada ustad dərsi: Günəş sisteminin kiçik göy cisimləri, kometalar

“DOST EVİ”nə ilk benefisiarların qəbulu aparılıb

DİM: 20 dövlət orqanında mövcud olan 43 vakant vəzifə daxili müsahibəyə çıxarılıb

Ödənişi gecikdirilmiş 35 min manatdan çox vəsaitin işçilərə ödənilməsi təmin edilib

BDU-da çiçəkəkmə aksiyası

Elm və təhsil naziri Samuxda vətəndaşları qəbul edib

Bu il DİN və prokurorluq üzrə qeydə alınan 8 min 930 cinayətin 85 faizi açılıb

CFCM: Fransada islamofobiya halları son dərəcə artıb