SİYASƏT


“Dəyirmi masa”da Yaponiya diplomatiyasının geostrateji məqsədlərindən danışılıb

Bakı, 8 mart, AZƏRTAC

Martın 8-də Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi (SAM) və Yaponiyanın Azərbaycandakı səfirliyinin birgə təşkilatçılığı ilə Yaponiyanın diplomatiyasına həsr olunan “dəyirmi masa” keçirilib.

AZƏRTAC xəbər verir ki, Yaponiya Baş nazirinin xarici siyasət məsələləri üzrə müşaviri Tomohiko Taniguçini ilə keçirilən görüşdə SAM-ın Xarici Siyasət Məsələlərinin Təhlili Şöbəsinin müdiri Cavid Vəliyev çıxış edərək Azərbaycan–Yaponiya ikitərəfli münasibətləri, iki ölkə arasındakı qarşılıqlı əlaqələrin hazırkı vəziyyəti və perspektivləri barədə məlumat verib.

Tomohiko Taniguçini “Yaponiya diplomatiyası və geostrateji məqsədləri” mövzusunda məruzə ilə çıxış edərək ölkəsinin diplomatiyasının beynəlxalq arenada son 150 ildə keçdiyi inkişaf yoluna və perspektivlərinə dair fikirlərini bölüşüb.

Sonda Tomohiko Taniguçini “dəyirmi masa” iştirakçılarının suallarını cavablandırıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.