CƏMİYYƏT
Dəyişkən havaya hazır olun - XƏBƏRDARLIQ
Bakı, 4 oktyabr, AZƏRTAC
Oktyabrın 5-də Bakıda və Abşeron yarımadasında temperaturun anomal gedişi gözlənilir. Belə ki, hərarətin gecə 18-20°, gündüz 16-18°, axşam 14° isti olacağı ehtimal edilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ekoloji maarifləndirmə və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Umayra Tağıyeva AZƏRTAC-a bildirib ki, buna səbəb ölkə ərazisinə soyuq hava kütlələrinin daxil olması və güclü şimal-qərb küləyinin əsməsidir.
Şöbə müdiri deyib: “Bildiyimiz kimi, gün ərzində ən yüksək temperatur günorta müşahidə olunur. Oktyabrın 5-də isə bunun əksi qeydə alınacaq. Belə ki, oktyabrın 4-dən 5-nə keçən gecə və səhər saatlarında temperaturun 20 dərəcəyə yaxın olacağı proqnozlaşdırılır. Lakin soyuq hava kütlələrinin respublika ərazisinə daxil olması və güclü şimal-qərb küləyinin əsməsi nəticəsində günorta temperatur enəcək, 16-18 dərəcə intervalında dəyişəcək. Ona görə də paytaxt sakinlərini dəyişkən havaya hazırlıqlı olmağa çağırırıq”.
Umayra Tağıyeva belə halların əvvəllər də müşahidə edildiyini vurğulayıb.