İDMAN


Deyv Robson: Bakıda keçiriləcək Qran-Pri qarşımıza yeni çağırışlar qoyur

Bakı, 15 aprel, AZƏRTAC 

Biz startda birinci dövrədə baş verən insidentdən sonra geriyə qaytarılan bolidlərlə mübarizə aparmağı bacardıq. Pilotlar Corc Rassel və Robert Kubitsa yürüşü problemsiz həyata keçirdilər. Kubitsa bir pit-stopla strategiyanı yaxşı icra etdi. Biz bunu Rassellə də sınamaq istədik, lakin yol kəsiyinin həddən artıq uzun olması və şinlərin temperaturunun aşağı düşməsi səbəbindən ikinci pit-stopu yerinə yetirdik. Bununla da ona yeni, daha yumşaq şinlər dəstində finişə çatmaq fürsəti verdik.

AZƏRTAC xəbər verir ki, bu fikirləri “Williams”ın baş yürüş mühəndisi Deyv Robson Formula 1 çempionatının Çin Qran-Prisindən sonra deyib.

“Bu uik-enddə biz bolidin vəziyyətini yaxşılaşdırdıq və geri qalmaları azaltmağa başladıq. Bundan başqa, bir neçə yeniliyi testdən keçirdik. Bu yeniliklər növbəti yürüşlərdə bizə rəqiblərimizə yaxınlaşmaqda yardımçı olacaq. Bakıda keçiriləcək növbəti şəhər yürüşü qarşımıza yeni çağırışlar qoyur. Lakin biz buna hazırlaşırıq”, - deyə Robson bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.