CƏMİYYƏT


Diabetin müalicəsi üçün gövdə hüceyrələri yaradılıb

Bakı, 22 yanvar, AZƏRTAC

Hazırda diabetin gövdə hüceyrələri vasitəsilə müalicə texnologiyası elm tərəfindən ən perspektivli sayılır. Bu üsul gövdə hüceyrələrinin insulin ifraz edən mədəaltı vəzindəki beta-hüceyrələrin analoqu şəklini almasını nəzərdə tutur.

AZƏRTAC “Medikforum”a istinadla xəbər verir ki, Sent-Luisdəki Vaşinqton Universitetindən olan alimlər orqanizmdə qlükozanın səviyyəsinin düşüb-qalxmasına daha həssas olan süni şəkildə yetişdirilən beta-hüceyrələrin analoqunun alınmasına imkan verən üsul icad ediblər.

İndiyədək gövdə hüceyrələrindən mədəaltı vəzinin beta-hüceyrələrinin yaradılması cəhdi alimlərin gözlədikləri nəticəni verməyib. Beta-hüceyrələrin analoqu əsl hüceyrələr kimi eynilə qanda qlükozanın miqdarının dəyişməsinə həssas reaksiyaya malik idilər. Tədqiqatçılar onları daha da həssas etməyin üsulunu anlayıblar.

Alimlər beta-hüceyrələrin istehsalı üçün istifadə edilən matrislərin gövdə hüceyrələri yetişdikcə artım amillərini dəyişiblər. Onlar eksperiment zamanı bu hüceyrələri üzərində sınaq aparılan diabetli siçanlara köçürdükdə, hüceyrələrin qlükoza səviyyəsinin dəyişməsinə daha həssas olmaları, sürətlə və tam uyğun şəkildə zəruri miqdarda insulin ayırmaları aşkarlanıb. Nəticədə yeni texnologiya üsulu ilə alınan hüceyrələrin köçürüldüyü siçanlar uzun müddət ərzində qanda qlükozanın arasıkəsilmədən toplanmasını qoruyub saxlayıblar.

Mədəaltı vəzinin beta-hüceyrələrinin analoqunun istehsalı üçün “təkmilləşdirilmiş” gövdə hüceyrələrini almağa imkan verən yeni texnologiyanı tədqiqatçılar insanlar üzərində təcrübədə dəyərləndirmək niyyətindədirlər. Bu cür süni hüceyrələri insan orqanizminə tətbiq etmək barədə bir neçə ideya var. Lakin hansının tətbiq ediləcəyi hələ ki, məlum deyil. Yeni eksperimentlərin vaxtı açıqlanmayıb.

“Əgər gövdə hüceyrələrindən alınan beta-hüceyrələr diabetdən əziyyət çəkən insanlar üçün təhlükəsiz və faydalı olarsa, o zaman bu, onları insulin inyeksiyalarından xilas edəcək. Bu cür hüceyrələri çox asanlıqla sənaye miqyasında da istehsal etmək mümkün olacaq”, - deyə tədqiqatçılar bildiriblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.