İDMAN
Diana Ronai: Bugünkü oyun heç vaxt yadımdan çıxmayacaq
Bakı, 24 iyul, AZƏRTAC
İsveçrə millisi ilə qarşılaşdığımız bugünkü oyun heç vaxt yadımdan çıxmayacaq. Çox gərgin şəraitdə keçən oyunda ciddi mübarizə apardıq. Bu oyun bəlkə də komandamızın ən çətin qarşılaşması oldu. Rəqib komandanın da gözəl oyun nümayiş etdirməsinə baxmayaraq sonda 28:20 hesabı ilə qalib gəldik. Çox sevinirəm və millimizi qələbə münasibətilə təbrik edirəm.
Bunu AZƏRTAC-a müsahibəsində qızlar arasında həndbol üzrə Macarıstan milli komandasının oyunçusu Diana Ronai söyləyib. XV Avropa Gənclər Yay Olimpiya Festivalının yüksək səviyyədə təşkil olunduğunu deyən macarıstanlı idmançı onlar üçün yaradılan şəraitə görə hər bir təşkilatçıya minnətdarlığını bildirib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.04.2024 [18:45]
Voleybol üzrə Azərbaycan çempionatlarının qalibləri mükafatlandırılıb
- 23.04.2024 [18:02]
“Azərreyl”in qadın komandası da Azərbaycan çempionu olub
- 23.04.2024 [17:56]
Türkiyə millisinin futbolçusu Fransada üçüncü dəfə qarət olunub
- 23.04.2024 [13:59]
“Prezident Kuboku-2024” beynəlxalq reqatasında 20-dən çox ölkə yarışacaq
- 23.04.2024 [13:44]