İDMAN


Diana Svertsova: Milli Gimnastika Arenasında çıxış etmək çox rahatdır

Bakı, 20 aprel, AZƏRTAC

Bədii gimnastika üzrə II "AGF Junior Trophy" beynəlxalq turnirində iştirak edən israilli gimnast Diana Svertsova bildirib ki, Bakıdakı Milli Gimnastika Arenasında sıxış etmək onun üçün çox rahatdır.

AZƏRTAC Azərbaycan Gimnastika Federasiyasının saytına istinadla xəbər verir ki, gənc idmançı qeyd edib: “Bakıdakı Milli Gimnastika Arenasının zalı çox gözəl və böyükdür. Burada çıxış etmək çox rahatdır. Etiraf edirəm ki, bir az həyəcanlıyam, çünki böyük auditoriya qarşısında çıxış edəcəyik”.

Qrup hərəkətləri üzrə proqramda çıxış edəcək gimnast podium məşqinin nəticələrindən razı qalıb. O deyib: “Bizim bu gün keçirdiyimiz podium məşqi uğurlu oldu. Əlbəttə, nöqsanlar həmişə olur. Məşqdən sonra məşqçilər bizi tərifləməklə yanaşı, səhvləri də göstərdilər. Turnirdə iki proqramla – beş halqa və beş lentlə hərəkətlər üzrə çıxış etməyimiz məsuliyyətimizi artırır, həm də bizə öz bacarıqlarımızı nümayiş etdirməyə və yenilərini əldə etməyə imkan verir”.

Bakıda aprelin 20-21-də keçirilən bədii gimnastika üzrə II "AGF Junior Trophy" II beynəlxalq turnirində dünyanın 20 ölkəsindən 130 gimnast iştirak edir. Onlar fərdi və qrup hərəkətləri proqramında mübarizə aparırlar. İki gün davam edəcək yarışlarda qaliblər çoxnövçülük və ayrı-ayrı alətlər üzrə müəyyənləşəcək.

Ölkəmizi bu turnirdə fərdi gimnastlar Nərminə Səmədova, Nərmin Bayramova, gənclər arasında 2018-ci il Avropa Çempionatının bürünc medalçısı Arzu Cəlilova, qrup komandasının tərkibində isə Mədinə Əsədova, Ləman Əlimuradova, Selcan Hacızadə, Milana Əkbərova və Fəridə Səfiyarzadə təmsil edirlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.