SİYASƏT


Diaspor Gənclərinin III Yay Düşərgəsinin iştirakçısı: Ordumuzun şanlı Zəfəri sayəsində azad edilən Şuşaya gəlməyi arzulayırdım VİDEO

Şuşa, 2 avqust, Tahir Ağaməmmədov, AZƏRTAC

İlk dəfədir ki, doğma Şuşadayam. Buraya Malayziyadan gəlmişəm. Azərbaycan Ordusunun Vətən müharibəsində qazandığı şanlı Zəfərdən sonra azad edilən Şuşaya gəlməyi çox arzulayırdım. Hazırda Şuşada olduğum üçün xoşbəxtəm.

Bunu avqustun 2-də Şuşada açılışı olan Diaspor Gənclərinin III Yay Düşərgəsinin iştirakçısı Elxan Qəhrəmanlı AZƏRTAC-a açıqlamasında deyib.

İşğaldan azad olunan ərazilərə səfər zamanı əldə etdiyi məlumatları Malayziya ictimaiyyətinin diqqətinə çatdıracağını, Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda apardığı şanlı mübarizə, ermənilərin işğal dövründə törətdikləri vəhşiliklər barədə ətraflı məlumat verəcəyini vurğulayan gənc soydaşımız bildirib: “Avqustun 8-dək davam edəcək düşərgə müddətində müxtəlif tədbirlər keçiriləcək. Həmin tədbirlər bilik və bacarıqlarımızın artırılması ilə yanaşı, tarixi irsimizin dərindən öyrənilməsinə də mühüm töhfə verəcək. Bu, həm də diaspor fəaliyyətini daha səmərəli təşkil edə bilməyimiz baxımından çox faydalı olacaq. Ona görə də Şuşada keçiriləcək tədbirlərdə iştirak etməyi səbirsizliklə gözləyirəm. Bu mühüm təşəbbüsə görə Diasporla İş üzrə Dövlət Komitəsinə və digər təşkilatçılara minnətdarlığımı bildirirəm”, - deyə E.Qəhrəmanlı qeyd edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.