CƏMİYYƏT


Diaspor Gənclərinin I Yay Düşərgəsi təşkil edilir

Bakı, 14 iyun, AZƏRTAC 

Diasporla İş üzrə Dövlət Komitəsi, Gənclər və İdman Nazirliyi və Gənclər Fondu Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə xaricdə yaşayan gənc diaspor nümayəndələri üçün Diaspor Gənclərinin I Yay Düşərgəsi təşkil edir.

Dövlət Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, avqustun 15-20-də təşkil ediləcək düşərgənin məqsədi dünyada yaşayan Azərbaycan əsilli gəncləri bir araya gətirərək diaspor hərəkatını gücləndirməkdir.

Düşərgədə qrup müzakirələri, Azərbaycanın tarixi yerlərinə və mədəniyyət ocaqlarına səfərlər, rəsmi və tanınmış şəxslərlə görüşlər, əyləncəli-maarifləndirici proqramlar nəzərdə tutulub. Yay düşərgəsi ödənişsizdir.

Düşərgədə iştirak etmək istəyənlər www.diaspora.gov.az/qeydiyyat/ linki vasitəsilə məlumatı əldə edə və qeydiyyatdan keçə bilərlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.