CƏMİYYƏT


Diaspor fəaliyyətində gənclərin rolu mövzusunda konfrans keçirilib

Bakı, 10 avqust, AZƏRTAC

Azərbaycan Respublikası Gənclər Fondunun və Diasporla İş üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə avqustun 10-da “Azərbaycan diaspora fəaliyyətində gənclərin rolu” mövzusunda onlayn görüş keçirilib.

Fonddan AZƏRTAC-a bildiriblər ki, xaricdə Azərbaycan diasporunu fəal surətdə təmsil edən gənclərin də qoşulduqları tədbirdə aidiyyəti qurumların rəsmiləri çıxış ediblər.

Gənclər Fondunun rəsmi “Facebook” səhifəsindən canlı yayımlanan onlayn görüşdə çıxış edənlər diqqətə çatdırıblar ki, bu ilin iyulunda Azərbaycan-Ermənistan sərhədində baş verən döyüşlərdə ordumuza dəstək üçün dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın, xüsusilə də gənclərimizin Azərbaycan həqiqətlərini dünyaya tanıtmaq üçün bir araya gəlmələri ordumuzun ön cəbhədə göstərdiyi rəşadət qədər, arxa cəbhədə də gənclərimizin vahid amal uğrunda yumruq kimi birləşdiyini nümayiş etdirib.

Natiqlər, həmçinin vətənpərvər Azərbaycan gənclərinin bilik və bacarıqlarını milli maraqlarımızı müdafiə etmək yolunda əsirgəməmələrinin, bu mütəşəkkilliyi Vətənimizin ərazi bütövlüyü naminə hər gün daha da gücləndirmələrinin vacibliyini vurğulayıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.