CƏMİYYƏT


Diaspor gəncləri Cıdır düzündə Azərbaycan bayrağını dalğalandırıblar

Bakı, 8 avqust, AZƏRTAC

Diaspor Gənclərinin III Yay Düşərgəsinin iştirakçıları layihənin başa çatması ərəfəsində Cıdır düzündə olublar.

Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildirilib ki, Azərbaycan bayrağını Cıdır düzündə dalğalandıran gənclər “Azərbaycan” “Qarabağ Azərbaycandır”, “Şəhidlər ölməz, Vətən bölünməz” şüarlarını səsləndiriblər.

Düşərgə iştirakçıları Şuşada olduqlarına və Cıdır düzünü ziyarət etdiklərinə görə xoş və inanılmaz hisslər keçirdiklərini söyləyiblər. Onlar sıldırım qayaları qəhrəmancasına fəth edib, qədim şəhərimizi mənfur düşmənin tapdağından azad edən və xalqımıza geri qaytaran Azərbaycan Ordusuna və Müzəffər Ali Baş Komandan İlham Əliyevə dərin minnətdarlıqlarını bildiriblər.

Düşərgə iştirakçıları, həmçinin dahi Azərbaycan şairi Molla Pənah Vaqifin məqbərəsini də ziyarət ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.