SİYASƏT


Diaspor nümayəndələrinin Şuşaya səfəri davam edir

Bakı, 27 iyul, AZƏRTAC

Azərbaycan diaspor nümayəndələrinin “Biz dəmir yumruğun gücü ilə Şuşadayıq” şüarı altında Şuşaya səfəri davam edir.

Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, səfər çərçivəsində diaspor nümayəndələri Azərbaycanın mədəniyyət paytaxtı Şuşada erməni vandalizminə məruz qalmış və bu il yenidən bu qədim şəhərə qaytarılan “Güllələnmiş heykəllər”in olduğu meydanı, Xurşidbanu Natəvanın evini, “Xan qızı bulağı”nı, eləcə də “Xarıbülbül” otelini ziyarət ediblər. Diaspor nümayəndələrinə Şuşanın çoxəsirlik tarixi, zəngin mədəniyyət abidələri barədə ətraflı məlumat verilib.

Xatırladaq ki, Dövlət Komitəsi Azərbaycanda olan bir qrup diaspor nümayəndəsinin Şuşaya səfərini təşkil edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.