SİYASƏT


Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin Avropa ölkələrinə ilk səfəri başlayır

Bakı, 9 iyul, AZƏRTAC 

İyulun 10-da Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Avropa ölkələrinə ilk rəsmi səfərə yola düşür. Komitə sədri 4 ölkədə - Fransa, Almaniya, Rumıniya və Ukraynada bir sıra rəsmi şəxslərlə, eyni zamanda, həmin ölkələrdə yaşayan azərbaycanlılarla və diaspor təşkilatlarının nümayəndələri ilə görüşəcək. Bu barədə AZƏRTAC-a Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən məlumat verilib.

Səfər proqramına ictimai xadimlər, Azərbaycanın ali məktəblərindən məzun olmuş xarici vətəndaşlar, Azərbaycan Xalq Cümhuriyyəti mühacirlərinin ailə üzvləri, həmçinin xaricdə təhsil alan azərbaycanlı gənclər ilə görüşlər də daxildir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.