CƏMİYYƏT


Diasporla İş üzrə Dövlət Komitəsində Milli Qurtuluş Günü qeyd olunub

Bakı, 14 iyun, AZƏRTAC 

Diasporla İş üzrə Dövlət Komitəsində 15 iyun - Milli Qurtuluş Günü ilə bağlı toplantı keçirilib.

Komitədən AZƏRTAC-a verilən məlumata görə, tədbir ümummilli lider Heydər Əliyevin büstü önünə gül dəstələrinin qoyulması ilə başlayıb. Daha sonra dövlət himni səsləndirilib, Ulu Öndərin həyat və fəaliyyəti ilə bağlı film nümayiş etdirilib.

Çıxış edənlər Heydər Əliyevin misilsiz xidmətləri, zəngin siyasi təcrübəsi, uzaqgörən daxili və xarici siyasəti barədə danışıb, onun 1993-cü ildə Azərbaycan rəhbərliyinə qayıdışının müstəqil dövlət quruculuğu prosesində əvəzsiz rol oynadığını qeyd ediblər.

Bildirilib ki, Azərbaycanın xilası yolunda fədakarlıq nümunəsi göstərən ulu öndər Heydər Əliyevin xalqın tələbi ilə yenidən hakimiyyətə gəlişi ölkəmizdə vətəndaş qarşıdurmasına birdəfəlik son qoyub, həm ölkə daxilində, həm də beynəlxalq səviyyədə qarşıda duran problemlərin həllinə təkan verib. Görkəmli dövlət xadiminin fəaliyyəti nəticəsində xalqımızın bütövlüyü, həmrəyliyi və milli birliyi təmin edilib.

Tədbirdə Diasporla İş üzrə Dövlət Komitəsində Yeni Azərbaycan Partiyası ərazi ilk partiya təşkilatına yeni qoşulan əməkdaşlara üzvlük vəsiqələri təqdim olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.