SİYASƏT


Diasporla İş üzrə Dövlət Komitəsində beynəlxalq təşkilatlarla əməkdaşlıq imkanları müzakirə edilib

Bakı, 6 sentyabr, AZƏRTAC

Diasporla İş üzrə Dövlət Komitəsində (DİDK) COJEP beynəlxalq təşkilatının rəhbəri Əli Gedikoğlunun başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

DQDK-dan AZƏRTAC-a verilən məlumata görə, COJEP-in Avropa Parlamenti ilə iş şöbəsinin müdiri İfakat Yuna, Avropa İttifaqı ilə əlaqələr koordinatoru Sati Arık və BMT üzrə əlaqələr koordinatoru Dudu Keleşin daxil olduğu nümayəndə heyətinə DİDK-nın fəaliyyəti haqqında məlumat verilib.

Görüşdə Azərbaycan ilə Türkiyənin strateji münasibətlərindən və hər iki ölkə diasporunun birgə fəaliyyətindən bəhs olunub. Eyni zamanda, Diasporla İş üzrə Dövlət Komitəsi ilə COJEP arasında qarşılıqlı əməkdaşlığın qurulması yolları ətrafında fikir mübadiləsi aparılıb. Qeyd edilib ki, bu əməkdaşlıq Azərbaycan diasporunun beynəlxalq qurumlara çıxışının təmin edilməsinə və mövqelərinin güclənməsinə öz töhfəsini verə bilər.

Sonda tezliklə birgə fəaliyyətin yol xəritəsinin hazırlanaraq tərəflərin müzakirəsinə verilməsinə dair qərar qəbul olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.