SİYASƏT


Diasporla İş üzrə Dövlət Komitəsində ulu öndər Heydər Əliyevin xatirəsi anılıb

Diasporla İş üzrə Dövlət Komitəsində ulu öndər Heydər Əliyevin xatirəsi anılıb

Bakı, 12 dekabr, AZƏRTAC

Ümummilli lider Heydər Əliyevin anım günü ilə əlaqədar Diasporla İş üzrə Dövlət Komitəsində videokonfrans keçirilib.

Komitədən AZƏRTAC-a bildiriblər ki, konfransdan əvvəl Dövlət Komitəsinin rəhbər şəxsləri Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin, görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarlarını ziyarət edib, önünə gül-dəstələri qoyublar.

Sonra Ümummilli Liderin Dövlət Komitəsinin girişində qoyulmuş büstünün qarşısına tər çiçəklər düzülüb və anım gününə həsr olunmuş videokonfrans işinə başlayıb.

Videokonfrans iştirakçıları ulu öndər Heydər Əliyevin xatirəsini bir dəqiqəlik sükutla yad etdikdən sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Konfrans iştirakçılarını Azərbaycanın əldə etdiyi tarixi qələbə münasibətilə təbrik edən Komitə sədri Fuad Muradov müstəqil Azərbaycan dövlətinin möhkəmlənməsində və inkişafında müstəsna xidmətləri olan Ulu Öndərin həyat və fəaliyyətindən bəhs edib. Dahi şəxsiyyətin uzaqgörən siyasəti, müdrik idarəçiliyi ilə dövlətimizin qısa müddətdə daxili və xarici siyasətdə əldə etdiyi uğurlardan danışıb, xüsusilə dünya azərbaycanlıları ilə bağlı həyata keçirilən siyasətin əhəmiyyətini vurğulayıb.

Son illər əldə edilən nailiyyətləri və xaricdə yaşayan soydaşlarımıza göstərilən dövlət qayğısını qeyd edən Komitə sədri bütün bunların ulu öndər Heydər Əliyev tərəfindən bünövrəsi qoyulmuş strategiyanın nəticələri olduğunu vurğulayıb.

Videokonfransa qatılan deputat Elşad Mirbəşiroğlu isə ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətindən danışaraq Azərbaycanda multikulturalizmin inkişafından, ölkəmizdə çoxsaylı xalqların sülh və əmin-amanlıq şəraitində yaşamasından bəhs edib. Azərbaycanın iqtisadi, siyasi və hərbi qüdrətindən danışıb. Müstəqillik dövründə müxtəlif sahələrdə əldə edilən uğurlardan bəhs edən deputat qeyd edib ki, bütün bunların memarı ümummilli liderimiz Heydər Əliyevdir.

Daha sonra çıxış edənlər siyasi elmlər doktoru, professor Elçin Əhmədov, Azəri-Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı, tarix elmləri doktoru, AMEA-nın Elm Tarixi İnstitutunun direktoru Məryəm Seyidbəyli, tarix üzrə fəlsəfə doktoru, diaspor məsələləri üzrə ekspert Yəhya Babanlı dahi siyasətçi Heydər Əliyevin rəhbərliyi ilə müxtəlif sahələrdə əldə olunan uğurlardan, Azərbaycan diasporunun formalaşması tarixindən bəhs ediblər.

Tədbir ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən qısametrajlı sənədli filmin nümayiş etdirilməsi ilə başa çatıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.