SİYASƏT


Diasporla İş üzrə Dövlət Komitəsinin kollektivi ulu öndər Heydər Əliyevin məzarını ziyarət edib

Bakı, 5 iyul, AZƏRTAC

İyulun 5-i Diasporla İş üzrə Dövlət Komitəsinin yaradılması günüdür. Komitə ulu öndər Heydər Əliyevin “Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin yaradılması haqqında” 2002-ci il 5 iyul tarixli Fərmanı ilə xarici ölkələrdə yaşayan azərbaycanlılarla əlaqələrin genişləndirilməsi və inkişaf etdirilməsi məqsədilə yaradılıb.

AZƏRTAC xəbər verir ki, Dövlət Komitəsinin kollektivi bu münasibətlə Fəxri xiyabana gedərək xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini yad edib, məzarı önünə əklil qoyub.

Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər çiçəklər düzülüb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.